Milli Məclisə keçiriləcək seçkilərə beynəlxalq maraq böyükdür

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri oktyabrın 19-da ölkəmizin bu qurumdakı nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov beynəlxalq təşkilatın seçkiqabağı missiyasının üzvlərini ölkəmizdə görməkdən məmnun olduğunu bildirmişdir. S.Seyidov bu vacib işlərində missiya üzvlərinə uğurlar arzulamış və seçkilərin artıq təşviqat kampaniyasının başlaması barədə onları məlumatlandırmışdır.
Xüsusi Komitənin seçkiqabağı missiyasının obyektiv olacağına inandığını vurğulayan S.Seyidov ölkəmizin bütün beynəlxalq müşahidəçilər üçün qapılarını açdığını bildirmişdir. S.Seyidov demişdir ki, bu seçkilərin gedişini Avropa Şurasının, ATƏT-in, Avropa Parlamentinin müşahidəçiləri izləyəcəklər. Lakin Azərbaycan üçün Avropa Şurasının müvafiq missiyası xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür və qurumla əlaqələrini mütəmadi olaraq inkişaf etdirir.
S.Seyidov seçkiqabağı missiyanın fəaliyyətinin yüksək şəkildə təşkil olunacağını və bu missiyanın keçiriləcək seçkilər barədə Avropa ictimaiyyətinə obyektiv məlumat çatdıracağına əmin olduğunu bildirmişdir.
AŞPA-nın noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının rəhbəri Pol Vill görüşə görə təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, missiya iki hissədən ibarət olacaqdır. Onlardan birincisi seçkiqabağı missiyadır və hal-hazırda həyata keçirilir. Digəri isə seçkilər günü baş tutacaq qısamüddətli missiyadır.
Pol Vill rəhbərlik etdiyi müşahidə missiyasının tam obyektiv olacağını diqqətə çatdırmışdır.
Daha sonra görüşdə Azərbaycandakı seçkiqabağı vəziyyət, təşviqat kampaniyasının təşkili və tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında