Azərbaycan nümayəndə heyəti Vyanada BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş sessiyasında iştirak edir

Oktyabrın 18-də BMT-nin Vyana bölməsində transmilli mütəşəkkil cinayətkarlığa qarşı BMT Konvensiyasının iştirakçı dövlətləri konfransının 5-ci sessiyası açılmışdır. Sessiyanın işində hüquq mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, aidiyyəti sahə üzrə mütəxəssislər, beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Sessiyada ölkəmizi Azərbaycanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Fuad İsmayılovun rəhbərliyi ilə Prezident Administrasiyası, milli təhlükəsizlik, ədliyyə və daxili işlər nazirlikləri və Respublika Prokurorluğunun nümayəndələrindən ibarət heyət təmsil edir.
Müvafiq konvensiyanın iştirakçı ölkələrdə implementasiyası, bu istiqamətdə BMT tərəfindən üzv ölkələrə texniki yardımın göstərilməsi, həmçinin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində ölkələr arasında təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq məsələləri üzrə ekspertlər səviyyəsində məsləhətləşmələr sessiyanın gündəliyində duran əsas mövzular olmuşdur.
Sessiyada Prezident Administrasiyası hüquq mühafizə orqanları ilə iş şöbəsi müdirinin müavini Gülnar Rəsulova Azərbaycan nümayəndə heyəti adından çıxış etmişdir. Çıxışda ümumi müzakirələr bəndi üzrə məsələlərə münasibət bildirilmiş, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə beynəlxalq əməkdaşlıqda Azərbaycanın rolu və bu istiqamətdə görülən işlərdən bəhs olunmuşdur. Qeyd edilmişdir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində müxtəlif növ cinayətlər üçün münbit şərait mövcuddur və nəzarətsiz ərazilər problemi ölkəmizin transmilli mütəşəkkil cinayətkarlığa qarşı səmərəli mübarizə aparmasında ciddi əngəl yaradır.
Sessiyaya paralel olaraq aidiyyəti sahələr üzrə ekspertlər səviyyəsində dəyirmi masa, seminar və brifinqlər keçirilmişdir.
Tərəflərin müzakirəyə çıxardıqları məsələlər üzrə qətnamə layihələrinin və yekun hesabatın təsdiqi gözlənilən sessiya oktyabrın 22-dək davam edəcəkdir.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında