İndoneziyanın Milli Kitabxanasının təşkil etdiyi sərgidə Azərbaycan da təmsil olunur

Azərbaycan Respublikasının İndoneziya və eyni zamanda, Filippindəki səfirliyindən bildirmişlər ki, səfirlik oktyabrın 18-dən 20-dək İndoneziyanın Milli Kitabxanasının təşkil etdiyi kitab sərgisində iştirak edir.
Sərgidə Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərindən, Heydər Əliyev Fondundan göndərilmiş kitablar, Azərbaycanın milli geyim, tətbiqi sənət nümunələri, açıqçalar, səfirliyin Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında nəşr etdirdiyi kitablar, DVD-lər, ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar poçt markaları nümayiş etdirilmiş, onların bir qismi tədbirə gələnlər arasında yayılmışdır.
İndoneziya Milli Kitabxanasının sədri Sri Sularsih sərgidə iştirakına görə səfirliyə minnətdarlığını bildirmiş, Azərbaycanın geniş tanıdılması məqsədi ilə belə tədbirlərin əhəmiyyətini vurğulamışdır.
Sərgidə diplomatik nümayəndəliklər, müxtəlif təhsil və tədris mərkəzləri, kitabxanalar, nəşriyyatlar iştirak edir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında