Lerikdə Veteranlar və Ağsaqqallar şuralarının konfransları keçirilib

Ulu öndər Heydər Əliyev ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırırdı. Azərbaycanda bu hərəkatın zəngin ənənələri var. Ağsaqqallar, veteranlar hər zaman hörmət və izzət sahibi olub, nümunə göstəriliblər.
Lerik Rayon Veteranlar Şurasının 12-ci və Ağsaqqallar Şurasının 6-cı konfranslarına seçilmiş nümayəndələr öncə ümummilli lider Heydər Əliyevin abidəsini və Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Tədbirlərdə rayon veteranlar şurasının sədri Hidayət Bəşirov və ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov hesabat məruzələri ilə çıxış ediblər. Bildirilib ki, ötən dövr ərzində respublikamızın, eləcə də Lerikin ictimai-siyasi həyatında bir sıra tarixi hadisələr baş vermişdir.Xüsusilə də dövlət başçısının bu il iyunun 25-də rayona tarixi üçüncü səfəri zamanı bir sıra sosial obyektlərin açılışı olmuş, cənab Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Bu il 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 65 illiyi münasibətilə Lerikdə silsilə tədbirlər keçirilmişdir. Bayram süfrəsi arxasında veteranlara "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyi" medalı və icra hakimiyyətinin hədiyyələri təqdim edilmişdir.
Hesabat dövründə veteranlara, kimsəsizlərə və imkansız ailələrə rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq bütün bayramlarda ərzaq və pul yardımları göstərilmişdir. Prezidentin müvafiq sərəncamı ilə Qələbənin 65 illik yubileyi münasibəti ilə Böyük Vətən müharibəsi iştirakçılarına 150 manat, onların dul qadınlarına və arxa cəbhə iştirakçılarına 100 manat məbləğində yardım verilmişdir. 5 veteran sanatoriyaya göndərilmiş, 3 veterana minik avtomobili verilmişdir. Müraciət edən bütün veteranlar pulsuz dərman almış, ayrı-ayrı kəndlərdə səyyar həkim briqadaları tərəfindən onlar müayinə edilmişlər.
Hesabat dövründə rayon veteranlar və ağsaqqallar şuraları tərəfindən gənclərin hərbi- vətənpərvərlik tərbiyəsi sahəsində də mühüm işlər görmüşlər. Gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimlərində onlar da iştirak edir, tövsiyələrini çatdırır, xeyir-dua verirlər.
Konfranslarda xüsusi qeyd edilib ki, cəmiyyətin ən hörmətli üzvlərinin təklifləri bir qayda olaraq rayon rəhbərliyi tərəfindən diqqətlə qarşılanır və imkan daxilində həyata keçirilir. Şəhərə alternativ su kəmərinin çəkilməsi, elektrik təsərrüfatının yenidən qurulması üçün görülən tədbirlər bu qəbildəndir. Tədbirlərdə bir sıra yeni təkliflər də irəli sürülüb. Məsələn, şəhərin görkəmli yerində Veteranlar evinin tikilməsi məsələsi gündəmə gətirilib.
Konfranslarda şuraların qətnamə layihələri qəbul edilib və yeni heyətləri seçilib.{nl}

Ə. ƏLİYEV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında