Həmyerlimiz Afina simpoziumunun mükafatını aldı

Klassik fəlsəfənin beşiyi sayılan Yunanıstanın paytaxtı Afinada "Ən yaxşı fəlsəfi ideyalar bəşəriyyətin firavanlığı naminə" adlı 2-ci Dialektik simpozium keçirilib.
Forumda həmyerlimiz, fəlsəfə elmləri namizədi, Astara Pedaqoji Texnikumunun direktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, əməkdar müəllim Əlihəsən Aləmzəyev də iştirak edib.
Dünyanın iyirmi ölkəsindən dəvət edilmiş məruzəçilər Avropa ölkələrindən və digər dövlətlərdən yunan parlamentinin antik zalında foruma toplaşmış filosoflar və siyasətçilər qarşısında bəşəriyyətin mövcud qlobal problemlərinin praktik həlli yolları barədə fikirlərini çatdırıb, ideyalarını təqdim ediblər.
Azərbaycanı təmsil edən Əlihəsən Həmzəyevin mötəbər forumda "Qloballaşma, mədəniyyətlərin dialoqu və milli eynilik problemləri" mövzusunda məruzəsi maraqla qarşılanıb. Mədəniyyətin inkişafında milli-mədəni dəyərləri önə çəkən, digər xalqlarla qarşılıqlı münasibətlərin özəl aspektlərini diqqətə çatdıran Azərbaycan aliminin çıxışı forumun yekun qətnaməsinə daxil edilib və həmyerlimizə dialektik simpoziumun xüsusi medalı təqdim olunub.{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında