Dövlət Müstəqilliyi Günü qeyd edilib

Zaqatala Rayon İcra Hakimiyyətində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu, memarı, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Sonra tədbir rayon icra hakimiyyətində davam etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon rəhbəri 18 oktyabr 1991-ci ilin Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olduğunu, Müstəqillik Aktının qəbul olunmasından sonra Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasına böyük təkan verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Natiq çıxışında bu müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz rolu olan, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasının əsasını qoyan ulu öndərimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı. Məhz Heydər Əliyevin yürütdüyü məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu gün də Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığını və beynəlxalq aləmdə müstəqil bir dövlət kimi öz sözünü deməyi bacardığını , bu siyasətin ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrildiyini qeyd etdi.
Mövzu ətrafında çıxış edən ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər müstəqilliyin qazanılmasının Azərbaycan xalqı üçün çətin və şərəfli olduğunu bildirmiş və bu gün müstəqil bir dövlətdə yaşadıqları üçün qürur hissi keçirdiklərini bildirmişlər.

{nl}

İ.HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında