Qarabağ əlilləri və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə verilib

Dövlət Müstəqilliyi Günündə Balakən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş dördmərtəbəli, 36 mənzilli yeni yaşayış binası istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov açaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial rifah halının yüksəldilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışdı.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov çıxışında əhalinin imtiyazlı təbəqələrinə göstərilən dövlət qayğısından söhbət açdı. Nazir şəhid analarını, Qarabağ müharibəsi əlillərini yeni mənzillərə köçmələri münasibətilə təbrik edərək, ölkəmizdə bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması, təqaüdlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davamlı olacağını bildirdi.
Tədbirin sonunda yeni mənzillərin sahiblərinə orderlər təqdim olundu.

{nl}

İ.MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında