Ölkəmizin Belarusdakı səfirliyi Müstəqillik Günü münasibətilə təntənəli qəbul təşkil etmişdir

Oktyabrın 17-də Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ölkəmizin Belarusdakı səfirliyi tərəfindən təntənəli qəbul təşkil edilmişdir.
Tədbirin əvvəlində hər iki ölkənin dövlət himnləri səslənmişdir.
Sonra Azərbaycanın Minskdəki səfiri Əli Nağıyev və Belarus xarici işlər nazirinin müavini Andrey Yevdoçenko tədbir iştirakçılarına müraciətlə nitq söyləmişlər.
Səfir Ə.Nağıyev tədbirə gələnləri salamlayaraq 1918-ci ilin - müasir Azərbaycanın sələfi olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilin tarixi reallıqlarını xatırladaraq demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqində Avropaya xas demokratik dəyərləri və Şərqin milli-mənəvi mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən ilk dünyəvi respublika idi".
Ölkəmizin Minskdəki diplomatik nümayəndəliyinin rəhbəri öz çıxışında Azərbaycanın inkişafının müasir mərhələsi üzərində ətraflı dayanmışdır. Ə.Nağıyev vurğulamışdır ki, son illərdə Azərbaycan iqtisadi artım sürətinə görə dünya üzrə liderlər sırasındadır. Azərbaycanda nəqliyyat, energetika, tikinti və başqa sahələri əhatə edən genişmiqyaslı layihələr həyata keçirilir. Ölkədə yeni elektrik stansiyaları inşa edilir, avtomobil yolları çəkilir, zavodlar tikilir, infrastruktur sürətlə genişlənir. Bütün bunlar tarixi abidələrlə və görməli yerlərlə zəngin olan Odlar Yurduna yaxın gələcəkdə dünyanın hər yerindən on minlərlə turist cəlb etməyə imkan verəcəkdir. Səfir sözünə davam edərək qeyd etmişdir ki, müasir Azərbaycan əsasən daxili ehtiyatlara güvənərək inkişaf edir. Ölkədə güclü sənaye potensialı yaradılır və bu, iqtisadiyyatın şaxələndirilməsinə, iqtisadi sabitliyin möhkəmlənməsinə gətirib çıxarır.
Qəbulda Belarus Respublikasının mədəniyyət naziri Pavel Latuşko, BMT-nin Belarusdakı rəsmi nümayəndəsi Antonius Bruk, Minskdə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, Belarusun aparıcı ali məktəblərinin rektorları, teatr və muzeylərin rəhbərləri, Belarusun mərkəzi KİV-lərinin jurnalistləri, eləcə də Azərbaycan diasporunun rəhbərləri və fəal üzvləri iştirak edirdi.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bənzərsiz musiqisindən zövq almışlar.{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Minsk

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında