Ciddədə "Azərbaycan XIII İslam Zirvə görüşünü keçirməyə hazırdır" mövzusunda təqdimat mərasimi

İslam Konfransı Təşkilatının (İKT) dövlət və hökumət başçılarının XIII İslam Zirvə görüşünün 2014-cü ildə Bakı şəhərində keçirilməsinə dair Azərbaycan Prezidentinin göstərişinə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən həm Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, həm də ölkəmizin xaricdə olan səfirlikləri ilə müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, belə tədbirlərdən biri oktyabrın 17-də nazir müavini V.Sadıqovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə İKT Baş Katibliyinin yerləşdiyi Ciddə şəhərində baş tutmuşdur.
İKT Baş katibi E.İhsanoğlunun və İKT-nin digər məsul əməkdaşlarının, habelə İslam İnkişaf Bankının rəhbərliyinin və Ciddə şəhərinə akkreditə olunmuş 50-yə yaxın ölkənin baş konsulluqlarının nümayəndələrinin iştirakı ilə "Azərbaycan XIII İslam Zirvə görüşünü keçirməyə hazırdır" mövzusunda təqdimat mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri T.Abdullayev açmışdır.
Çıxış edən nazir müavini V.Sadıqov Azərbaycan Prezidenti tərəfindən İKT və İKT-yə üzv dövlətlərlə əlaqələrin və hərtərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verildiyini, son illər bu istiqamətdə əldə olunmuş uğurlar, İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilmiş 33-cü konfransında qəbul olunmuş qərar və qətnamələrin tarixi əhəmiyyətini vurğulamışdır. V.Sadıqov Heydər Əliyev Fondu ilə İKT arasında əməkdaşlıq, o cümlədən İKT ölkələrinin turizm, mədəniyyət və təhsil nazirlərinin Bakıda müvəffəqiyyətlə keçmiş konfransları barədə məlumat vermişdir. Nazir müavini, eyni zamanda İKT-nin növbəti XIII Zirvə görüşünün Bakıda keçirilməsi üçün Azərbaycan hökumətinin hazır olduğunu bildirmişdir. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT çərçivəsində qətnamələrin qəbul olunmasında göstərilən dəstəyə görə qardaş İslam ölkələrinə dərin təşəkkürünü bildirmiş, bu dəstəyin davam edəcəyinə əminliyini ifadə etmişdir.
Təqdimatda Azərbaycan barədə məlumatları özündə əks etdirən videoçarxlar nümayiş olunmuşdur.
Eyniadlı tədbirin oktyabrın 19-da Ər-Riyad şəhərində də keçirilməsi nəzərdə tutulur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında