Bakıda "İçərişəhər irsinin konservasiyası və inkişafında "Tarixi şəhər landşaftı" yanaşmasının tətbiqi" mövzusunda beynəlxalq seminar işə başlamışdır

Oktyabrın 18-də "Atropat" mehmanxanasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi YUNESKO-nun təşkilati dəstəyi ilə "İçərişəhər irsinin konservasiyası və inkişafında "Tarixi şəhər landşaftı" yanaşmasının tətbiqi" mövzusunda beynəlxalq seminar işə başlamışdır.
İdarənin rəisi Mikayıl Cabbarov seminarın əhəmiyyətindən danışmış və son illər İçərişəhərin qorunması, bərpası istiqamətində aparılan böyük işlərdən söz açmışdır. Qeyd etmişdir ki, seminarın məqsədi YUNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil edilmiş tarixi şəhərlərin bir çoxunda konservasiya ilə inkişafın uyğunlaşdırılmasında yaranan problemləri aradan qaldırmaq üçün ekspertlər arasında "Tarixi şəhər landşaftı" konsepsiyasının hazırlanması və bu yanaşmanın İçərişəhərə tətbiq edilməsinə dair müzakirələr aparmaqdır. Ərazisində 4-ü dünya və 28-i ölkə əhəmiyyətli olan yüzlərlə tarixi abidənin cəmləşdiyini diqqətə çatdıran M.Cabbarov bildirmişdir ki, İçərişəhər 2000-ci ildən YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş və burada bərpa-konservasiya və inkişafı əks etdirən bir sıra layihələr reallaşdırılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində həyata keçirilən bu tədbirlər YUNESKO tərəfindən yüksək qiymətləndirilir. Tədbirin nəticəsi olaraq İçərişəhərdə konservasiya və inkişaf layihələrinin uyğunluğu üzrə YUNESKO tərəfindən müvafiq hesabat dərc olunacaq, habelə şəhərin inkişaf strategiyası hazırlanacaqdır.
Dünya İrsi Mərkəzinin nümayəndəsi Ron Van Oers demişdir ki, hazırda "Tarixi şəhər landşaftı" üzrə tövsiyələr hazırlanır və onların YUNESKO- nun Baş Konfransının 2011-ci ildə keçiriləcək 36-cı sessiyasının gündəliyinə çıxarılması nəzərdə tutulur. "Tarixi şəhər landşaftı" konsepsiyası YUNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil edilmiş tarixi şəhərlərdə konservasiya ilə inkişafın uyğunlaşdırılmasına yönəlmiş tədbirlərdəndir. Eyni seminarın beş ölkədə keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirdə müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və əsas məqamlar gələcəkdə Dünya İrsi Mərkəzinin qəbul edəcəyi tövsiyələrdə öz əksini tapacaqdır.
Seminarın ilk günündə "Qoruq idarəsinin institusional inkişafı", "İçərişəhər: Canlı tarix. Növbəti 3-5 il üçün inkişafı strategiyası", "Bakının tarixi mərkəzində ərazinin abadlaşdırılması. Varşava nümunələri" və digər mövzularda məruzələr dinlənilmişdir.
YUNESKO-nun Dünya İrsi Mərkəzinin əməkdaşlarının, ABŞ, Finlandiya, Niderland, İtaliya, Böyük Britaniya, Fransa, Polşa, Avstraliya və s. ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlərin iştirak etdiyi seminara oktyabrın 21-də yekun vurulacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında