SAM-ın parlament seçkiləri ilə bağlı üçüncü təhlili hazırdır

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2010-cu il parlament seçkilərinin mərhələlərinə dair növbəti - üçüncü təhlili təqdim etmişdir.
"Seçki-2010: Daha bir mərhələ arxada qaldı" adlı təhlildə namizədlərin qeydiyyat mərhələsinin başa çatması, dövlətin seçkilərə hazırlığı və həyata keçirdiyi tədbirlər, Mərkəzi Seçki Komissiyasının tam tərkibdə formalaşması, hakim və müxalifət partiyalarının tətbiq etdiyi seçki taktikası, beynəlxalq və yerli müşahidəçilik missiyası və s. məsələlər yer almışdır.
Arayışda, həmçinin müxalifətin seçki dövründə bloklaşma taktikasının yeni xüsusiyyətlərindən bəhs olunur. Bu təhlildə 2010-cu il parlament seçkilərinin artıq arxada qalan ilk üç mərhələsində baş verən proseslər yekunlaşdırılmış, ölkənin seçki təcrübəsində və siyasi qüvvələrin fəaliyyətində müşahidə olunan yeni meyillər öz əksini tapmışdır.
Bu təhlil və ilk iki arayışla http://sam.gov.az/  saytında tanış olmaq mümkündür.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında