AŞPA sədri ADU-nun fəxri doktoru adına layiq görülmüşdür

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu ölkəmizə rəsmi səfəri çərçivəsində aprelin 15-də Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşmüşdür.
Universitetin rektoru, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirmişdir ki, Azərbaycana dost və qardaş ölkənin nümayəndəsinin belə bir mötəbər quruma rəhbərlik etməsi bütün türk dünyası üçün önəmli hadisədir. Sonra S.Seyidov ADU-nun fəxri doktoru diplomunu AŞPA sədrinə təqdim etmişdir.
Tədbirdə çıxış edən M.Çavuşoğlu Avropa Şurasının tarixində ilk dəfə olaraq Türkiyə vətəndaşının AŞPA-ya sədrlik etməsinin önəmini vurğulamışdır.
Azərbaycanın AŞ üçün vacib ölkə olduğunu qeyd edən qonaq ölkəmizin təşkilata daxil olduğu müddət ərzində Avropa standartlarına uyğunlaşmaq istiqamətində vacib islahatlar həyata keçirdiyini nəzərə çatdırmışdır. M.Çavuşoğlu səfər müddətində keçirdiyi görüşlərdən sonra Azərbaycan hökumətinin təşkilat qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdə qətiyyətli olduğuna bir daha əminliyini bildirmişdir.
Qonaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemin həlli istiqamətində üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulamışdır.
Sonda M.Çavuşoğlu tələbələrin suallarını cavablandırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında