Pakistanın bir sıra qəzetlərində Prezident İlham Əliyevin BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışının mətni dərc olunmuşdur

Pakistan İslam Respublikasında nəşr edilən bir sıra qəzetlərdə Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışının mətni dərc olunmuşdur.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, ölkənin aparıcı nəşrlərindən olan "The National Herald Tribune", "The Daily Mail", "Daily Taseer" və "Daily Mussalman" qəzetlərində Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışına geniş yer verilmiş, dövlətimizin başçısının nitqindən sitatlar gətirilmişdir.
Qəzetlərdə Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyata malik ölkə olduğu vurğulanmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də söhbət açılmışdır. Məqalələrdə Ermənistanın səbəb olduğu münaqişənin bölgədə sülhün və sabitliyin təmin edilməsində böyük təhlükə törətdiyi bildirilmiş, işğalçı dövlətin cinayətkar əməlləri pislənmişdir.
AzərTAc

{nl}

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında