Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi ikigünlük aclıq aksiyasına start vermişdir

Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) "Qarabağın işğaIına son qoyulması üçün" ikigünlük aclıq aksiyasına start vermişdir.
Tədbir ermənilərin cinayətkar əməllərinin qurbanı olan türk və azərbaycanlı şəhidlərin ruhuna Qurani-Kərimin oxunması ilə başlanmışdır.
ASİMDER-in rəhbəri Göksel Gülbey bildirmişdir ki, məqsəd ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilmələri ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupunun qəbul etdiyi qərarın həyata keçirilməsinə nail olmaqdır. Qərarda Dağlıq Qarabağın emrənilər tərəfindən işğal edildiyi bildirilsə də, təəssüf ki, bu topraqlarımız hələ də azad edilməmişdir. Biz 2011-ci ili Qarabağsız keçirmək istəmirik.
Digər çıxışlarda da ermənilərin tarix boyu azərbaycanlılara və türklərə qarşı törətdikləri cinayətkar əməllər pislənmiş, işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsinin vacibliyi bildirilmişdir.
Azərbaycanın Qarsdakı konsulluğunun əməkdaşı Rafiq Rüstəmoğlu tədbirin təşkilinə görə minnətdarlığını bildirərək qeyd etmişdir ki, Türkiyədə QHT-lərin Qarabağ üçün təşkil etdikləri belə tədbirlər Azərbaycanda təqdirəlayiq hal kimi qiymətləndirilir. Məhz belə tədbirlər türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Heydər Əliyevin "Bir millət - iki dövlət" kəlamlarının təzahürüdür.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında