YUNESKO Bakıda "İçərişəhər irsinin konservasiyası və inkişafında "Tarixi şəhər landşaftı" yanaşmasının tətbiqi" mövzusunda beynəlxalq seminar keçirəcəkdir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi YUNESKO-nun təşkilati dəstəyi ilə oktyabrın 17-dən 21-dək Bakıda "İçərişəhər irsinin konservasiyası və inkişafında "Tarixi şəhər landşaftı"yanaşmasının tətbiqi" mövzusunda beynəlxalq seminar keçirəcəkdir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, hazırda "Tarixi şəhər landşaftı" üzrə tövsiyələr hazırlanır və onların YUNESKO-nun Baş Konfransının 2011-ci ildə keçiriləcək 36-cı sessiyasının gündəliyinə çıxarılması nəzərdə tutulur. "Tarixi şəhər landşaftı" konsepsiyası YUNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil edilmiş tarixi şəhərlərdə konservasiya ilə inkişafın uyğunlaşdırılmasına yönəlmiş tədbirlərdəndir.
Seminarın məqsədi YUNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil edilmiş tarixi şəhərlərin bir çoxunda konservasiya ilə inkişafın uyğunlaşdırılmasında yaranan problemləri aradan qaldırmaq üçün ekspertlər arasında "Tarixi şəhər landşaftı" konsepsiyasının hazırlanması və bu yanaşmanın İçərişəhərə tətbiq edilməsinə dair müzakirələrin keçirilməsidir.
Seminarda YUNESKO-nun Dünya İrsi Mərkəzinin əməkdaşları, ABŞ, Finlandiya, Niderland, İtaliya, İspaniya, Böyük Britaniya, Fransa, Polşa, Avstriya, Avstraliya və s. ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər iştirak edəcəklər. Seminarda İçərişəhərin konservasiyası üzrə Baş (Master) Planın müəlliflərinin, bir neçə yerli memarın da iştirakı nəzərdə tutulmuşdur.
Tədbirin nəticəsi olaraq İçərişəhərdə konservasiya və inkişaf layihələrinin uyğunluğu üzrə YUNESKO tərəfindən müvafiq hesabat dərc olunacaq, habelə şəhərin inkişaf strategiyası hazırlanacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında