Azərbaycan və Gürcüstanın İctimai televiziyaları birgə layihələr həyata keçirəcək

Azərbaycan və Gürcüstanın İctimai televiziyaları arasında əməkdaşlığın davamı olaraq ayda bir dəfə "Bakı-Tbilisi" telekörpüsü reallaşacaqdır.
Bu barədə razılıq hər iki telekanalın rəhbərliyi arasında keçirilən görüşdə əldə edilmişdir. İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov və Gürcüctanın İctimai Televiziyasının baş direktoru Qriqoriy Çanturiyanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında aparılan danışıqlarda birgə telelayihələr müzakirə edilmişdir. Bildirilmişdir ki, bu vaxtadək həyata keçirilmiş müştərək layihələr xalqlar arasında əlaqələrin yaxınlaşmasına xidmət etmişdir. Hər ay efirə gedəcək telekörpülərdə isə iki ölkənin gündəlik həyatında müxtəlif sahələrdə baş verən hadisələr işıqlandırılacaqdır.
Gürcüstan nümayəndə heyəti Azərbaycan İctimai Televiziyasının studiyaları və texniki avadanlıqla tanış olmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında