Ombudsman ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasının sədri ilə görüşmüşdür

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri xanım Odri Qlover ilə görüşmüşdür.
Ombudsman Aparatından verilən məlumatda bildirilir ki, E.Süleymanova qarşıdan gələn Milli Məclisə seçkiləri nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq iki sərəncamının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamışdır. Mərkəzi Seçki Komissiyası tərəfindən təqvim planının təsdiq olunduğunu, Seçki Məcəlləsi və müvafiq təlimatlara uyğun iş aparıldığını bildirmişdir.
Müvəkkil insan hüquqları, o cümlədən vətəndaşların seçki hüququnun müdafiəsi və təmini sahəsində səmərəli fəaliyyət göstərdiyini, MSK ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu vurğulamışdır.
Xanım O.Qlover ombudsmanın bu sahədə fəaliyyətini müsbət qiymətləndirmiş, müvəkkilin təkliflərinin səmərəli olduğunu söyləmiş, bir sıra suallar ünvanlamışdır.
E.Süleymanova qonağı maraqlandıran sualları ətraflı cavablandırmış, səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında