Fövqəladə Hallar Nazirliyində Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri, xanım Silviya Mayer-Kaybiç ilə görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirmişlər ki, görüşdə nazir ölkəmizə təzə təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayaraq Avstriyanın ölkəmizdə yeni açılmış səfirliyinin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyini qeyd etmişdir.
Daha sonra nazir Kəmaləddin Heydərov FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən və planlaşdırılan layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir.
Səfir də öz növbəsində, hər iki dövlətin müvafiq qurumları arasında, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərilməsinin əhəmiyyətini vurğulamışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında