Azərbaycan dövlətçiliyi ağır sınaqlardan şərəflə çıxmışdır

1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişi cəhdinin qarşısı müdrikliklə alındı

{nl}

1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə gəldikdən sonra, ilk növbədə, ölkədə ciddi nizam-intizam yaratmağı, baş alıb gedən anarxiyanın, xaosun, özbaşınalığın qarşısını almağı, qeyri-qanuni silahlı dəstələri ləğv etməyi qarşısına prioritet məsələ kimi qoydu.

{nl}

Təbii ki, özbaşınalığa adət etmiş bir qrup adam öz hegemonluğundan əl çəkmək istəmirdi. Əllərində saxladıqları qeyri-qanuni silahlı dəstələr hesabına addımbaşı ictimai-siyasi sabitliyi pozur, insanları daim vahimə içərisində saxlayır, qayda-qanunlara əməl etmək istəmirdilər. Ümummilli lider Heydər Əliyevin isə tələbi çox ciddi idi: qeyri-qanuni silahlı dəstələr ləğv edilməli, hər kəs qanunlara tabe olmalıdır.

{nl}

1994-cü ilin okyabrında və 1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişi etmək xülyaları və cəhdləri baş verdi. Bu çirkin əməllərə, şərəfsiz fəaliyyətə o vaxtlar Xətai rayon prokuroru vəzifəsində çalışan Mahir Cavadov və Daxili İşlər Nazirliyi nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən, eyni zamanda, nazir müavini vəzifəsini daşıyan Rövşən Cavadov qardaşları rəhbərlik edirdilər.

{nl}

1994-cü ilin oktyabr hadisələrindən sonra ümummilli lider tərəfindən  əfv edilən Rövşən Cavadov 1995-ci ilin martında çirkin əməllərini yenidən davam etdirdi. Bu  dəfə  dövlətə  qarşı  cinayət  Qazax – Ağstafa  bölgəsində  başlandı.  Sonra R.Cavadov  birbaşa  Daxili İşlər  Nazirliyinin  nəzdində olan  XTPD-nin bazasına gedərək  oradan hakimiyyətə  ultimatumlar  verdi.  Onun  və rəhbərlik  etdiyi  silahlı  dəstənin  qarşıya  qoyduğu  əsas  vəzifə  bundan  ibarət idi: Prezident  Sarayını  zəbt etmək,  Azərbaycan  Prezidentini  ya  öldürmək,  ya  həbs  etmək, Ali Soveti,  Azərbaycan  Milli  Televiziyasını     Daxili İşlər  Nazirliyini  zəbt  etmək. Bu  tədbirlərin  necə  həyata  keçiriləcəyi,  kimlər  tərəfindən icra  ediləcəyi  də artıq  planlaşdırılmışdı.  Bu çirkin  əməliyyatlara rəhbərlik  edən  Rövşən  Cavadov  qanuni  dövləti,  hakimiyyəti  silah  gücünə  devirəcəyini  gizlətmirdi.   O,  müxtəlif  bəyanatlar  verərək  hakimiyyətə hədə-qorxu gəlirdi.  Onun verdiyi  bəyanatlara  diqqət  yetirin:  “Bunlar haradan  qüvvə gətirsələr  də,  mümkün  deyil.  Bunlar  bizimlə  bacaran deyillər”, “...Necə istəyirsiniz  elə  edin.  Mən sözümü  dedim... vətəndaş  müharibəsi,   dünya  müharibəsi,  necə istəyirsiniz, bunu  adlandırın.  Əgər  onlar getməsələr,  istefa verməsələr,  biz onları zorla  devirəcəyik”. “Biz  hakimiyyətə  gələcəyik. Ölkə   rəhbərliyində  mənim  yerim isə   Dövlət  Şurası   yaradıldıqdan sonra  kollegial  surətdə   müəyyənləşdiriləcək”.

{nl}

Göründüyü  kimi,  Rövşən  Cavadov  günahsız insanların   qanını tökmək  yolu ilə hakimiyyətə gəlməyi gizlətmirdi. Belə  insanlarda milli təəssübkeşlik,  vətənpərvərlik hissləri,  xalqına, dövlətinə   qarşı heç vaxt məhəbbət  olmur. Hətta ümummilli  lider ona   dəfələrlə  müraciət etsə də,  hətta Rövşənin atası Bəxtiyar Cavadovu ağsaqqal  kimi dəyərləndirib oğluna öyüd-nəsihət verməyi, tutduğu  cinayətkar yoldan çəkindirmək barədə tövsiyələr  versə də,  R.Cavadov dövlət  çevrilişi  cəhdindən əl çəkmədi.  Bütün problemləri sülh yolu ilə,  qan tökülmədən, dinc  vasitələrlə  aradan  qaldırmağa çalışan  ulu öndər  bu dəfə də yüksək  humanistlik nümayiş etdirdi,  silahlı  dəstə  üzvlərini  əfv  edəcəyini  bildirdi.  Lakin o,  qan tökmək inadından yenə də əl çəkmədi    “ultimatumlarını”  davam  etdirdi.

{nl}

1995-ci  il  martın 15-də  ümummilli lider Heydər Əliyev  televiziya    radio  ilə  xalqa   müraciət etdi.  Ulu öndər  1993-cü  ildən – hakimiyyətə  gələn  gündən  görülən  işlər  barəsində  xalqa   ətraflı  məlumat verdi.  Bir  daha  aydın oldu  ki,   Azərbaycanın  daxili     xarici siyasətində   xeyli  irəliləyiş  əldə  olunub.  Artıq   Azərbaycan  müstəqil dövlət kimi beynəlxalq  aləmə nüfuz  edir,   əlaqələrini  möhkəmləndirir,  iqtisadi  cəhətdən  inkişaf  edir.  Dünyanın  ən  iri  şirkətləri  Azərbaycanla   əməkdaşlıq  etməyə   meyil göstərirlər.  Belə  bir  şəraitdə  bir qrup  silahlı  dəstə   Azərbaycanda dövlət  çevrilişi  etməyə  cəhd göstərir.   Ulu öndər  xalqa  müraciətində  demişdir: “...Onlar  vətəndaş  müharibəsinə   başlayıblar. Rövşən  Cavadov  və onun  dəstəsi  tökülən qanların  günahkarlarıdır.  Bilirsiniz,  XTPD-nin  yerləşdiyi 8-ci  Kilometrdəki  bazaya cinayətkarları  toplayırlar. Bu ağır vəziyyətimizdə  gəncləri  tərbiyə   etmək əvəzinə,  cinayətə  sövq  edirlər,  onlara silah  paylayırlar,  dövlət  əleyhinə  çıxmaq  istəyirlər.  Onlar   Nizami  Rayon   Polis  İdarəsinə   hücum  ediblər.   Polis   əməkdaşları  o   hücumun qarşısını alıblar,  qəhrəmanlıq  göstəriblər. İki nəfər  polis   əməkdaşı yaralanıb. Beləliklə, Ağstafada,  Qazaxda, gəlib  Bakıda da   qan töküblər.  Düzdür,  XTPD-dən də biri həlak  olub     bəlkə    o, günahsız  bir  zavallıdır. Allah ona  da  rəhmət  eləsin. O da  vətəndaşımızdır, o da   Azərbaycan  Prezidenti  kimi  mənim  vətəndaşımdır.  Onun  cinayət  yoluna  düşməsi özünün  gunahı  deyil,  Cavadovların    günahıdır.  Bütün  o tökülən  qanlara  günahkar  onlardır”.

{nl}

Ulu  öndər cinayətkar  dəstəyə də  müraciət  edərək demişdir: “8-ci  Kilometr  qəsəbəsində  yerləşən  Xüsusi Təyinatlı Polis  Dəstəsinin  üzvlərinə    Daxili İşlər  Nazirliyinin  əməkdaşlarına,   Azərbaycanın  vətəndaşlarına  müraciət  edirəm: Bu  əməlinizdən,  cinayətkar  niyyətlərinizdən  əl  çəkin,  bu yoldan  çəkinin,  düz  yolda  deyilsiniz.  Tökdüyünüz  qanlar,  etdiyiniz  cinayətlər  bəsdir! Təklif  edirəm,   kim mənim bu  çağırışıma  səs verirsə,   oradan  çıxsın  və o, cəmiyyətdə  də,  Daxili İşlər  Nazirliyində    öz yerini   alacaqdır.  Ümumiyyətlə,   dəstəyə    Rövşən  Cavadova deyirəm: Bu  cinayətkar  əməllərinizdən  əl çəkin,   təslim olun!  Silahlar  bu gün  təhvil verilməli,  oradan  çıxıb  hərə öz  yerinə  getməli,   təslim  olmalıdır. Dövlətlə  dövlətçilik  etmək  olmaz.  Azərbaycanın  dövləti  var,   xalq  tərəfindən seçilmiş  Prezidenti var”.

{nl}

Ulu öndər  Azərbaycanın  dövlətçiliyini  son  damla  qanına  qədər  qoruyacağını,  dövlətçiliyimizə  təcavüz  edən  adamların  cəzasını  da  qanun  çərçivəsində   verəcəyini bildirdi. Lakin  cinayətkar  dəstə   bütün bunlardan  bir  nəticə çıxarmadı. Xalq  isə  dövlətimizin  başçısının daxili    xarici  siyasətini  dəstəklədiyini  bildirdi,   onun  ətrafında daha  sıx  birləşdiyini  nümayiş  etdirdi.  Biz  hələ 1994-cü  ilin  oktyabr  hadisələri  zamanı  da  bunun  şahidi  olmuşduq.  Ulu öndərin bir çağırışı  ilə   yüz  minlərlə  insan qısa vaxt ərzində bir yerə  toplaşdı,  ulu  öndərlə  həmrəy  olduqlarını  bildirdilər.  Təəssüf ki,   Cavadov  qardaşları   bu  həmrəyliyi    nəzərə  almadılar.  Martın  16-dan  17-nə  keçən  gecə  XTPD  üzləri  hücuma  keçərək   atəş  açdılar  və dörd  əsgərimizi öldürdülər.  Bundan  sonra  öz  çirkin niyyətlərini  həyata keçirməyə  başladılar.  Lakin  əsgər    zabitlərimiz  mərdlik,  cəsarət  göstərdilər,  Azərbaycan  dövlətçiliyini, qanuni  hakimiyyəti,  müstəqilliyimizi  qoruyub  saxladılar. Ulu öndərin  müdrikliyi sayəsində dövlət  çevrilişi  cəhdinin  qarşısı  alındı.

{nl}

Bu hadisələrdən   on  beş  il keçir. Ötən müdət ərzində Azərbaycan   müstəqil dövlət  kimi  daha da  inkişaf  etdi,   əlaqələri  genişləndi,  mövqeləri möhkəmləndi.  Böyük tarixi  şəxsiyyət Heydər  Əliyevin  müdrikliyi və  qətiyyəti,  uzaqgörənliyi  sayəsində  Azərbaycanda  ictimai-siyasi sabitlik  qorunub  saxlanıldı,  daha da  davamlı oldu.  Ölkəmiz  sürətli  inkişaf  yoluna  qədəm qoydu.

{nl}

Bu gün  qazandığımız  bütün uğurlara,  iqtisadi  inkişafa,  Azərbaycanın  dünya  birliyində    nüfuz  sahibi olmasına görə xalq ulu öndər Heydər Əliyevə  borcludur.

{nl}

 

{nl}

Əliqismət BƏDƏLOV,

{nl}

“Xalq qəzeti”

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında