Türkiyə mətbuatı səhifələrində

"Ana yurd", "24 saat", "Son söz" və "Burdulunun səsi" azərbaycanlı yazıçıdan söz açdı
Əslində, bu yazını "Professor İsa Kayacanın Azərbaycana məhəbbətindən damlalar" adlandırmaq istəyirdik. Sonra doktorun internet saytına baxdıq və bu fikirdən daşındıq. Çünki saytın loqosunda bütün türk dünyasına böyük sevgi və sayğılar ifadə edən iki cümlə vardır: "Dünyanın harasında Türk varsa, əllərimizi uzatmalı və qucaqlaşmalıyıq". "Hamı məni Ankarada sanır - əslində, isə Burduluda (professorun doğulduğu vilayətdir - red.) bir dam çöksə, içim parçalanır". Yəni İsa Kayacanda möhtəşəm bir ümumtürk məhəbbəti, bütün türk xalqlarına böyük ehtiram vardır.
67 yaşlı professor ədəbiyyatın müxtəlif sahələrinə aid 127 kitabın müəllifidir. 1961-ci ildən, ilk məqaləsi qəzetdə veriləndən bu yana 3540 müxtəlif qəzet və jurnallarda 41 mindən çox analitik, elmi, bədii, publisistik məqalələri verilmişdir. 11 nazirin mətbuat xidmətinin rəhbəri olmuş, "nazirliklər arasında ən işgüzar və uğurlu mətbuat katibi" elan edilmiş, "Mətbuatda 25 ilin Şərəf Mükafatı" başda olmaqla onlarla mükafata layiq görülmüşdür. Türkiyə mətbuatının "Ginnesin rekordlar kitabı"na təqdim etdiyi İsa Kayacan Azərbaycanda bir universitetin "fəxri doktoru", digər universitetin isə "fəxri professoru"dur. Türkiyəli qəzetçilər arasında öz sağlığında bir küçəyə və bir xiyabana adı verilmiş ilk qələm sahibidir.
Dövri olaraq Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında söz açan ankaralı ziyalı İstanbulda işıq üzü görən qəzet və jurnallara göndərdiyi yazıların hamısını "İsa Kayacan. Ankara məktubu" adıyla ünvanlayır. Professor Türkiyədə çıxan "24 saat" və "Son söz" qəzetlərinin ardıcıl olaraq bir neçə nömrəsində "Azərbaycanlı kəlam sahibi Hacı Fərhad Mirzə deyir ki...", "Azərbaycanlı yazıçı Hacı Fərhad Mirzədən kəlam örnəkləri" adlı xüsusi seçmələr vermişdir. Hər biri 18-20 kəlamdan ibarət olan həmin seçmələrdə cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən fikirlər toplanmışdır.
"Burdulunun səsi" qəzetində verilmiş "Ankara məktubu" isə tamamilə başqa şəkildə qurulmuşdur. Belə ki, alimin ünvanına çoxsaylı qəzet və jurnallar göndərilir. Ona göndərilən "Makro Viziyon" jurnalı barədə əhatəli söz açan müəllif sonda həmin jurnalın məramı, məqsədi və fəaliyyəti ilə üst-üstə düşən "Günün sözü"nü verir: "Qurani-Kərimi öyrənib ona uymaq hər kəsin özünün fərqinə varmasıdır. Hacı Fərhad Mirzə - Bakı". Professor "Ana yurd" gündəlik siyasi qəzetindəki məqaləsini də "Günün sözü" ilə yekunlaşdırır. Burada isə Hacı Fərhad Mirzənin kamillik haqqında kəlamları verilir. Azərbaycanlı mütəkəllimin "Kamillik ürəklə ağılın bərabərliyidir" - ifadəsini türk və Azərbaycan xalqlarının dostluğuna, qardaşlığına və əməkdaşlığına tətbiq etməyə çalışan türkiyəli həmkarlarımızın fikrincə, ürəkdəki sevgini ağıl tamamlamalı, ağılın göstərdiyi yolları isə ürəklə getməliyik. O zaman qardaşlığımız əbədi olacaqdır. Yəni biz kamilləşdikcə ünsiyyətimiz daha da dərinləşəcək.{nl}

Natəvan İSMAYILLI

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında