Almaniyada Azərbaycana böyük maraq vardır

Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının deputatı Rolf Hempelman oktyabrın 15-də Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin sədri Valeh Ələsgərovla görüşmüşdür.
Valeh Ələsgərov Milli Məclisin fəaliyyəti, qanunvericilik işləri, təbii ehtiyatlar, eləcə də enerji resurslarının hasilatı, işlənilməsi və pay bölgüsü ilə bağlı qanun yaradıcılığı, parlamentin bu sahədə beynəlxalq əməkdaşlığı barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan iqtisadi inkişafına görə regionda lider dövlətdir və dünya miqyasında öz layiqli yerini tutmuşdur. Azərbaycan bölgədə həyata keçirilən irimiqyaslı layihələrin həm birbaşa iştirakçısı, həm də təşəbbüskarıdır. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz mühüm rol oynayır.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Rolf Hempelman Azərbaycana səfərindən məmnunluğunu ifadə etmişdir. Bundestaqda enerji və təbii ehtiyatlar üzrə komitədə təmsil olunduğunu vurğulayan qonaq demişdir ki, Almaniyada Azərbaycana böyük maraq vardır. Regionda və Azərbaycanda gedən proseslər onun ölkəsində diqqətlə izlənilir. Səfərin məqsədi Azərbaycanın enerji resurslarının idarə olunması ilə bağlı qanunvericilik təcrübəsini öyrənmək, bu sahədə əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Söhbət zamanı Azərbaycan-Almaniya parlamentlərarası münasibətlərinin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin sayının artırılması və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da müzakirələr aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında