Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərə hazırlıqla bağlı gördüyü işlər yüksək qiymətləndirilmişdir

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirmişlər ki, oktyabrın 15-də Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobianın başçılıq etdiyi nümayəndə heyəti MSK-nın sədri Məzahir Pənahovla görüşmüşdür.
Məzahir Pənahov MSK-nın beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir.
Səfir seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı görülən işlər, seçkiqabağı vəziyyətlə maraqlanmışdır.
MSK-nın sədri oktyabrın 15-də deputatlığa namizədlərin dairə seçki komissiyaları tərəfindən qeydə alınması mərhələsinin başa çatdığını və seçki prosesinin mühüm bir mərhələsinin - seçkiqabağı təşviqatın başlandığını diqqətə çatdırmışdır. O, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki subyektlərinin maarifləndirilməsi və bu sahədə beynəlxalq təşkilatlarla həyata keçirilən tədbirlər, seçkiqabağı təşviqatla bağlı deputatlığa namizədlər üçün yaradılan şərait, aşağı seçki komissiyalarının maddi-texniki təchizatı sahəsində görülən işlər və seçkilərdə aşkarlıq prinsipinin təmin olunması məqsədilə atılan addımlar barədə ətraflı məlumat vermişdir.
Qonaqlar MSK-nın seçkilərin hazırlanıb keçirilməsində mühüm rol oynadığını vurğulayaraq Milli Məclisə seçkilərə hazırlıqla bağlı gördüyü işləri yüksək qiymətləndirmiş və qarşıdan gələn seçkilərdə seçki qurumlarına uğurlar arzulamışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında