Azərbaycanın Belarusdakı səfiri "Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və dövlət tənzimləməsi problemləri" mövzusunda XI Beynəlxalq konfransda çıxış etmişdir

Belarus paytaxtında "Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və dövlət tənzimləməsi problemləri" mövzusunda XI Beynəlxalq konfrans keçirilmişdir. Azərbaycanın Belarusdakı səfiri, texnika elmləri doktoru, professor Əli Nağıyev konfransda "Müasir mərhələdə Azərbaycanın inkişafının iqtisadi modeli" mövzusunda məruzə ilə çıxış etmişdir.
Səfir son iyirmi ildə ölkəmizin keçdiyi yolu şərh edərək Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda yaranmış makroiqtisadi vəziyyəti, iqtisadi inkişafın yeni modelini hərtərəfli təhlil etmiş, ulu öndər Heydər Əliyevin respublikanı böhrandan çıxarmış islahatları barədə söhbət açmışdır. Diplomat demişdir: "Tarixi şəraitin gərgin olmasına baxmayaraq, qısa müddətdə ölkənin sosial-iqtisadi inkişafında və dünya təsərrüfat sisteminə inteqrasiyasında çox böyük uğurlar qazanmaq mümkün olmuşdur. Ən böyük nailiyyət ondan ibarətdir ki, həmin dövrdə ölkədə müstəqil dövlət quruculuğu prosesində iqtisadi inkişafın mahiyyətcə yeni modeli yaranmışdır".
Ə.Nağıyevin məruzəsinin çox hissəsi Azərbaycanın müasir mərhələdə vəziyyətinə həsr edilmişdi. O, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu böyük tərəqqini əks etdirən iqtisadi göstəriciləri təhlil etmişdir.
Belarus İqtisadiyyat Nazirliyinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda (ETİİ) təşkil edilmiş forumda ölkənin iqtisadiyyat naziri N.Snopkov, Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri M.Myasnikoviç, BMT İnkişaf Proqramının proqram şöbəsinin rəhbəri V.Stalıqo və ETİİ-nin direktoru A.Çervyakov sədrlik etmişlər.
Konfransda Belarus, Rusiya, Ukrayna, Latviya, Polşa, Almaniya və Bolqarıstandan olan alimlər məruzələrlə çıxış etmişlər.{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Minsk

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında