"Dəyirmi masa"da vətəndaşlığı olmayan şəxslərin sayının artmasının qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilmişdir

Oktyabrın 15-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Avropa Şurası Azərbaycan hökuməti ilə birlikdə vətəndaşlığı olmayan şəxslərin sayının artmasının qarşısını almaq və onların sayını azaltmaq, eləcə də bu cür şəxslərin müdafiəsi ilə bağlı məsələlərə həsr olunmuş "dəyirmi masa" təşkil etmişdir.
"Dəyirmi masa"da çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm demişdir ki, Azərbaycan parlamentinin BMT-nin müvafiq konvensiyalarını ratifikasiya etməsi bu ölkənin vətəndaşsızlıq hallarının qarşısının alınması istiqamətində beynəlxalq miqyasda göstərilən səylərə sadiqliyini nümayiş etdirir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü deyən Arun Sala-Nqarm Ermənistanda yaşayan azərbaycanlıların 1988-ci ildə öz evlərindən qovulduğunu da xatırlatmışdır. Hətta, ötən əsrin ortalarında Azərbaycan Orta Asiyadan qovulmuş əlli min məhsəti türkünə sığınacaq vermişdir.
Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek vətəndaşsızlıq hallarının artmasının ciddi problem olduğunu demiş, bu baxımdan müzakirə edilən məsələlərin vacibliyini vurğulamışdır. V.Kotek Azərbaycanın qoşulduğu müvafiq konvensiyalara tam əməl etməsini yüksək qiymətləndirmişdir.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin vətəndaşlıq və miqrasiya məsələləri sektorunun müdiri Ramil Osmanov bu kimi tədbirlərin artıq ənənəvi hal aldığını demişdir. Qeyd edilmişdir ki, son illərdə Azərbaycanda miqrasiya sahəsində kifayət qədər əhəmiyyətli işlər görülmüşdür. İlk növbədə, miqrasiya sahəsində dəqiq siyasət formalaşmış, qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində vacib addımlar atılmış, müxtəlif tədbirlər həyata keçirilmişdir. Sektor müdiri vurğulamışdır ki, Azərbaycan hökuməti beynəlxalq aləmdə mövcud olan müsbət praktikanı öz qanunvericiliyinə uğurla tətbiq edir. R.Osmanov tədbirin nəticələrinin uğurlu olacağına inandığını demişdir.
Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisinin müavini Vahid Qəhrəmanov bildirmişdir ki, son illər miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində Azərbaycanda əhəmiyyətli işlər görülmüşdür. Dövlət Miqrasiya Xidmətinin yaradılması, bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik bazasının beynəlxalq normalara uyğunlaşdırılması buna bariz nümunədir. Diqqətə çatdırılmışdır ki, 2006-2008-cu illər üçün Dövlət Miqrasiya Proqramında qarşıya qoyulmuş vəzifələrin əksəriyyəti yerinə yetirilmişdir.
"Dəyirmi masa" müzakirələrlə davam etmişdir.
Tədbirin sonunda qəbul edilmiş tövsiyələr Azərbaycan hökumətinə təqdim ediləcəkdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında