Baş nazirin müşaviri və kənd təsərrüfatı nazirinin müavini Biləsuvar və Cəlilabadda olmuşlar

Oktyabrın 13-14-də Azərbaycan Respublikası Baş nazirinin müşaviri Musa Məmmədov və kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov Biləsuvar və Cəlilabad rayonlarında olmuşlar.
Biləsuvarda qonaqlar pambıq yığımının, şum çıxarılmasının, payızlıq taxıl səpininin gedişi və digər kənd təsərrüfatı işləri ilə tanış olmuş, torpaq sahibləri ilə söhbət etmiş, onların problemlərini öyrənmiş, CTS Aqro MMC və Aqrofina ASC pambıq istehsalı üzrə birgə təsərrüfatında kombaynlarla pambıq yığımını izləmiş, "Azərsun Holdinq" şirkətinin "Natural Gren Land" müəssisənin rəhbərliyi ilə görüşmüş, Səmədabad kəndində yerləşən və yeni yaradılmış "Biləsuvar süd" MMC-nin təsərrüfat ərazisi ilə tanış olmuş, orada görülən işlərlə maraqlanmışlar.
Məlumat verilmişdir ki, Biləsuvar rayonu üzrə növbəti taxıl əkini üçün təxminən 4 min 700 ton taxıl toxumuna tələbat vardır. 2010-cu ildə təsərrüfatlarda 2 min 422 ton kondisiyalı toxum istehsal edilmişdir. Ayrı-ayrı mülkiyyətçilərdə isə onların öz istehsalı olan müəyyən miqdarda reproduksiyalı toxum vardır və bu, toxum materialına olan tələbatın əsas hissəsini ödəməyə imkan verəcəkdir. Bununla yanaşı, rayonun nümayəndələri Yevlax rayonunda fəaliyyət göstərən "Azər-toxum" MMC-də olmuş, oradan toxum nümunələri gətirmiş və bu barədə ərazi icra nümayəndələri vasitəsi ilə mülkiyyətçilərə məlumat verilmişdir. Nəticədə taxılçılar həmin müəssisədən 150 tondan çox toxum almışlar. Öz növbəsində, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi ayrı-ayrı toxumçuluq təsərrüfatlarından 40 ton elit toxum gətirmişdir.
M.Məmmədov və A.Aslanov İsmətli kəndində fəaliyyət göstərən 200 başlıq müasir heyvandarlıq kompleksində olmuş, təsərrüfatın sahibi ilə onun qarşılaşdığı problemləri müzakirə etmişlər. "Biləsuvar-Aqro" MMC-də (süd emalı müəssisəsi) istehsal prosesi ilə tanışlıqdan sonra müəssisə rəhbərliyinin süd istehsal edən mülkiyyətçilərlə gördüyü işlər barədə məlumatı dinlənilmişdir.
Daha sonra Baş nazirin müşaviri və nazir müavini Cəlilabad rayonuna gəlmişlər. Qonaqlar burada fermer və sahibkarlarla görüşmüş, onların problemləri ilə maraqlanmış, lazımi tövsiyələrini vermişlər.
M.Məmmədov və A.Aslanov rayonda yeni fəaliyyətə başlamış şərab zavodunda iş prosesi ilə tanış olmuş, taxıl anbarlarına, soyuducu kameralara, yeni üzüm plantasiyalarına baxmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında