Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya: iqtisadiyyat və beynəlxalq münasibətlər" mövzusunda III beynəlxalq konfrans keçirilir

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya: iqtisadiyyat və beynəlxalq münasibətlər" mövzusunda III beynəlxalq konfrans keçirilir.
Tədbir Azərbaycan Respublikası Təhsil, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri, Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başqanlığı (TİKA) Bakı əlaqələndiricisi, Azərbaycan-Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB), Türkiyə İsrafi Önləmə Vəqfi tərəfindən təşkil olunmuşdur.
Beynəlxalq konfransda Azərbaycan alimləri ilə bərabər, Türkiyənin Ankara Universiteti, İstanbul Universiteti, Mərmərə Universiteti, Anadolu Universiteti, Böyük Britaniyanın Oksford Universiteti, ABŞ-ın Troy Universiteti, Qazaxıstan Dövlət Universiteti və digər ölkələrin ali təhsil müəssisələrinin alimləri iştirak edirlər.
ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev çıxış edərək konfransın aktual mövzuya həsr olunduğunu bildirmiş, müasir qloballaşma şəraitində Azərbaycanda qazanılan uğurlardan danışmış, iqtisadiyyatımızın dinamik inkişaf etdiyini vurğulamışdır.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycanda və Türkiyədə səmərəli layihələr həyata keçirildiyini diqqətə çatdırmışdır.
Türkiyənin Mərmərə Universitetinin rektoru, professor Zafer Gül, İstanbul Ticarət Universitetinin rektoru, professor Sabri Orman konfransın əhəmiyyətindən bəhs etmişlər.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışmışlar.
Sonra məruzələr dinlənilmiş, mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.
Beynəlxalq konfrans oktyabrın 17-də başa çatacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında