Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni mənzillərin orderləri təqdim olunmuşdur

Heydərabad qəsəbəsində aparılan quruculuq işlərinin tərkib hissəsi kimi 16 yeni fərdi ev inşa olunmuş, 40 fərdi ev isə yenidən qurulmuşdur.
Oktyabrın 15-də yeni mənzillərin orderləri sahiblərinə təqdim edilmişdir.
Mənzillərin təqdimat mərasimində çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Abbasqulu Abbasov demişdir ki, bu il Sədərəkdə inşa olunan 26 çarpayılıq rayon mərkəzi xəstəxanasının, 594 şagird yerlik 2 nömrəli Sədərək kənd orta məktəbinin binasının, əsaslı tikinti, yenidənqurma işlərindən sonra Heydərabad qəsəbəsinin açılışında dövlət başçısı İlham Əliyevin iştirak etməsi əhalinin hədsiz sevincinə səbəb olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə yaradılmış Heydərabad qəsəbəsi ötən əsrin 90-cı illərində erməni təcavüzü nəticəsində tamamilə dağıdılaraq yaşayış üçün yararsız hala salınmışdı. Lakin son 15 il ərzində qəsəbədə aparılan quruculuq işləri nəticəsində bura yeni görkəm almış, əhalinin yaşayışı üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında" 2000-ci il 15 mart tarixli sərəncamı rayonun, eləcə də Heydərabad qəsəbəsinin inkişafında mühüm rol oynamışdır.
Qəsəbə sakinləri adından çıxış edən Sərxan Əsgərov Sədərək rayonunun sosial-iqtisadi inkişafı, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni mənzillərə köçəcək ailələri təbrik edərək demişdir: Sədərək rayonu yaranandan sonra qısa müddət ərzində böyük inkişaf yolu keçərək rayon kimi formalaşmış, öz fəaliyyətini qura bilmişdir. Sədərək Azərbaycanla müharibə vəziyyətində olan işğalçı bir ölkə ilə sərhəddə yerləşir. Rayonun bu qəsəbəsinə ulu öndərimizin adı veriləndə Heydərabadda yaşayış lazımi səviyyədə deyildi. Ulu öndərimizin adını daşıyan qəsəbə isə onun adına layiq, yerləşdiyi əraziyə görə qala kimi möhkəm, eyni zamanda abad olmalı idi. Ulu öndərimizin adını daşıyan bu qəsəbə Azərbaycanda ən nümunəvi qəsəbədir. Ümummilli liderimizin yolunu uğurla davam etdirən Prezidentin Sədərəyə, xüsusən bu qəsəbəyə qayğısı nəticəsində qəsəbə yenidən quruldu, sakinlərin məskunlaşması üçün lazımi şərait yaradıldı. Ulu öndərin adını doğrultmaq, yaşatmaq üçün qəsəbə daim diqqət mərkəzində olacaqdır. Lakin qəsəbəyə dövlət qayğısı ilə yanaşı, sakinlərin də qayğısı, diqqəti lazımdır. Biz əminik ki, Heydərabad sakinləri qəsəbənin nümunəvi vəziyyətdə saxlanılması, daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcək, yaşadıqları qəsəbəni Azərbaycanın ən nümunəvi qəsəbəsi kimi qoruyub saxlaya biləcəklər. Sədərək rayonunda aparılan quruculuq işləri bir rayonun timsalında ümumən Azərbaycanda həyata keçirilən tədbirlərin göstəricisidir. Bu o deməkdir ki, Azərbaycanın bütün bölgələri və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası inkişaf edir. Bu həm də onun göstəricisidir ki, Azərbaycanda sabitlik davam edir, iqtisadi inkişaf var. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Təkcə bu il muxtar respublikamızda hərbi xidmət zamanı sağlamlığını itirmiş 38 hərbi qulluqçu üçün yeni mənzillərin tikintisi başa çatdırılıb, Heydərabad qəsəbəsi istifadəyə verilib. Digər sosial tədbirlər həyata keçirilib, ayrı-ayrı sahələrdə çalışanların əməkhaqları artırılıb. Azərbaycan vətəndaşlarının sabitlik şəraitində, firavan, sabaha inamla yaşaması üçün lazım olan digər işlər görülüb. Dövlət və cəmiyyət birliyi mühüm amil kimi Azərbaycan dövlətində əsas yer tutur. Yəni dövlət cəmiyyət və insanlar üçün, insanlar isə dövlətin, ölkəmizin müstəqilliyinin möhkəmliyi üçün çalışırlar. Bu birliyi daha da inkişaf etdirmək üçün dövlət üzərinə düşən vəzifələri yerinə yetirəcək, sosialyönümlü proqramlar həyata keçirəcək, özəl bölmənin inkişafına diqqət göstərəcək, sabitliyin davam etdirilməsi üçün lazımi tədbirlər görəcəkdir. Əhali, dövlət qulluğunda, özəl bölmədə çalışanlar, torpaq mülkiyyətçiləri isə üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər.
Ali Məclisin sədri Heydərabadın yeni infrastrukturla istifadəyə verilməsini dövlət və cəmiyyətin birliyinin nəticəsi kimi dəyərləndirərək demişdir: Bu birlik olmasaydı, ölkəmizdə sabitlik, iqtisadi inkişaf da ola bilməz və belə bir qəsəbə də tikilib istifadəyə verilə bilməzdi. Bu yol ulu öndərimizin yoludur. Ulu öndərin yolu Azərbaycanda sülh, sabitlik, tərəqqi yoludur. Bu yolu ölkə başçısı uğurla davam etdirir. Nəticəsi də göz önündədir. Ölkəmizdə bütün sahələr inkişaf edir, bütün sahələrə diqqət, qayğı var. Əhalinin rifah halı gündən-günə yaxşılaşdırılır, ölkəmiz dünya birliyində öz layiqli yerini tutmağa çalışır və buna nail olur.
Ali Məclisin sədri qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar demişdir: Parlament seçkiləri siyasi prosesdir. Bu siyasi prosesi izləmək üçün müxtəlif ölkələrdən müşahidəçilər gələcəklər. Onlar vətəndaşlarımızın, seçicilərimizin öz ölkələrində keçirdikləri siyasi prosesə münasibətlərini müşahidə edəcəklər. Muxtar respublikanın hər bir səsvermə hüququna malik olan vətəndaşı seçkilərdə fəal iştirak etməli, öz fikirlərini azad formada bildirməli və Azərbaycanın siyasi güzgüsü olan parlamentinin və Naxçıvan Muxtar Respublikası parlamentinin formalaşmasında fəal iştirakçı olmalıdırlar.
Vasif Talıbov qarşıdan gələn siyasi proseslərdə hər bir seçicinin fəal iştirak etməsini tövsiyə etmiş və yeni qəsəbənin sakinlərinə yeni mənzillərində xoş günlər arzulamışdır.
Sonra Ali Məclisin sədri fərdi evlərin orderlərini sakinlərə təqdim etmişdir.
Sədərək rayonunun inzibati binalarının yerləşdiyi qəsəbədə bütün infrastruktur yaradılmışdır. Yeni inşa olunan və yenidən qurulan fərdi evlər ikimərtəbəlidir.
Mərasimdə şəhid ailələri və Azərbaycan Vətən Müharibəsi əlilləri üçün inşa olunan evlərin də orderləri təqdim edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında