ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş qiymətləndirici missiya ilə bağlı bəyanat yaymışdır

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) Dağlıq Qarabağ ətrafındakı ərazilərə səfər etmiş qiymətləndirici missiya ilə bağlı bəyanat yaymışlar.
Birgə bəyanatda bildirilir ki, həmsədrlər Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş ərazilərə planlaşdırılmış qiymətləndirici missiyanı oktyabrın 7-dən 13-dək olan müddətdə tərəflərlə əvvəlcədən müzakirə edilmiş şərtlər altında həyata keçirmişlər.
Missiyanın fəaliyyətini ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik və onun əməkdaşları, eləcə də ikisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi olmaqla, üç texniki ekspert dəstəkləmişdir.
Qiymətləndirici missiya həmsədrlərə yerində müxtəlif insanlarla görüşmək və ərazilərdə bütün aspektlər, humanitar ehtiyaclar da daxil olmaqla, cari vəziyətlə hərtərəfli tanış olmaq imkanı yaratmışdır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının texniki ekspertlərinin iştirakı missiyaya beynəlxalq humanitar hüquq çərçivəsində regionda yaşayan bütün qaçqın və məcburi köçkünlərin hüquqlarını və bu ərazilərdə yaşayanların üzləşdiyi vəziyyəti daha yaxşı anlamağa şərait yaratmışdır.
Bəyanatın sonunda qeyd edilir ki, həmsədrlər hazırda mütəxəssislərin dəstəyi ilə missiya zamanı toplanmış informasiyaların hazırlanması üzərində işləyirlər. Bu iş yekunlaşdıqdan sonra, həmin informasiyalar ATƏT-in daxili hesabatı şəklində bütün iştirakçı tərəflərə təqdim ediləcəkdir.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında