Məhkəmə-Hüquq Şurasının iclaslarında Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılmışdır

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.
Məhkəmə sisteminin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsi məqsədi ilə Azərbaycanda hakimliyə namizədlərin seçiminin ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilmiş, bu prosedurlarla 157 yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuşlar. 78 hakimliyə namizəd isə bütün imtahanları, o cümlədən bir ilədək davam etmiş təlim mərhələsini və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq, hakim vəzifəsinə layiq bilinmişlər.
Hakimliyə namizədlərin seçilməsi qaydasına müvafiq olaraq, Məhkəmə-Hüquq Şurasının (MHŞ) Fikrət Məmmədovun sədrliyi ilə bir neçə gün davam etmiş iclaslarında həmin namizədlərlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılmışdır.
MHŞ-dən bildirmişlər ki, şura tərəfindən hakimliyə namizədlərin ixtisaslaşdırılmasının müəyyən edilməsi məqsədi ilə onların hər biri ilə fərdi qaydada söhbətlər keçirilmiş, Hakimlərin Seçki Komitəsi tərəfindən seçim prosesi üzrə yaradılmış müsbət təcrübə yüksək dəyərləndirilmişdir. Şurada, həmçinin Azərbaycan Prezidentinin cari ilin iyul-avqust tarixli fərmanları ilə məhkəmə quruluşunun təkmilləşdirilməsi, o cümlədən əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və insan haqlarının etibarlı müdafiəsi məqsədi ilə ölkənin dörd bölgəsində regional ağır cinayətlər üzrə məhkəmələrin, yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hakim ştatlarının ümumi sayının xeyli artırılması ilə bağlı görülən təşkilati işlər barədə məlumat dinlənilmiş, mövcud iş yükü nəzərdən keçirilərək hakim ştatlarının məhkəmələr üzrə bölgüsü məsələlərinə baxılmışdır.
Eyni zamanda, şurada hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, ciddi qanun pozuntuları və digər nöqsanlara görə Lənkəran Rayon Məhkəməsinin hakimi Azər Səmədovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Ağcabədi Rayon Məhkəməsinin sədri Xanlar Fərhadova irad tutulmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında