"Bu günün uşaqları sabahın liderləridir" mövzusunda sammitin iştirakçıları Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müraciətini yüksək qiymətləndirmişlər

Azərbaycanın Malayziyadakı səfirliyindən bildirmişlər ki, oktyabrın 11-dən 13-dək Kuala Lumpurda "Bu günün uşaqları sabahın liderləridir" mövzusunda Birinci Xanımlar Sammiti keçirilmişdir.
Malayziyada bu tədbirə böyük önəm verilir və onun gələcək liderlərin yetişdirilməsində mühüm rol oynayacağı gözlənilir. Hesab edilir ki, uşaqların düzgün tərbiyəsi və onlara zəruri təhsilin verilməsi məsələsi Birinci Xanımların himayəsinə götürülsə, ictimaiyyətin bütün seqmentləri məsələyə daha böyük diqqət göstərər və problem həllini daha tez tapar. Malayziya Baş nazirinin xanımı Datin Paduka Seri Rosmah Mansorun fikrincə, uşaqların tərbiyəsi və maarifləndirilməsi məsələsi hər bir ölkənin prioritetidir və hökumətlər məsələnin həlli ilə yaxından məşğul olmalıdırlar. Eyni zamanda, məsələnin həlli yollarını müəyyənləşdirmək və prosesi daha da səmərəli etmək üçün dövlətlərin sıx əməkdaşlığı zəruridir. Məhz bu məqsədlə R.Mansorun təşəbbüsü ilə Kuala Lumpurda Birinci Xanımlar Sammiti təşkil olunmuşdur.
Sammitdə iştirak etmək üçün Kuala Lumpura 21 ölkənin birinci xanımı gəlmişdir. Daha 13 ölkə isə nazirlər səviyyəsində təmsil olunmuşdur.
Tədbirdə Azərbaycanı ölkəmizin birinci xanımı Mehriban Əliyevanın nümayəndəsi qismində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova təmsil etmişdir. Ölkəmizin nümayəndə heyətinin tərkibinə, həmçinin komitənin qadın problemləri və gender məsələləri üzrə şöbəsinin müdiri K.Ocaqova və komitə sədrinin köməkçisi R.Atakişiyev daxil idilər.
Tədbir çərçivəsində nazirlərin toplantısı keçirilmişdir. Toplantıda "Gələcək naminə liderlik", "Uşaqların zənginləşdirilməsi və səlahiyyətləndirilməsi", "Liderlərin yetişdirilməsini təmin edən mühitin yaradılması" mövzularında iclaslar keçirilmişdir. Sammitdə isə birinci xanımların iştirakı ilə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.
Sammitdə Malayziyanın Baş nazirinin xanımı R.Mansor çıxışında uşaqlarla bağlı faktlara toxunaraq qeyd etmişdir ki, dünyada 114 milyon uşaq əsaslı təhsil almır, 774 milyon yetkinlik yaşına çatmış uşaq yazıb-oxumağı bacarmır, beş yaşından aşağı 200 milyon uşaq qayğıdan məhrumdur, hər il 11 milyon uşaq müxtəlif xəstəliklərdən, əsasən də malyariya, pnevmoniya xəstəliyindən ölür, hər gün 300 milyon uşaq ac yatır, məktəbə getməyən bütün uşaqların 60 faizi qızlardır, 250 milyon uşaq ailələrinə kömək etmək üçün işləmək məcburiyyətindədir. R.Mansor Birinci Xanımlar Sammitinin müdrik və xeyirxah liderlərin hazırlanmasında yaradıcı yanaşma üçün mühüm rol oynayacağına əminliyini bildirmişdir.
Sammitdə AQUPDK-nın sədri H.Hüseynova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tədbir iştirakçılarına müraciətini oxumuşdur. Müraciət yüksək qiymətləndirilmiş və dərin minnətdarlıq hissi ilə qəbul edilmişdir. H.Hüseynova çıxışında münaqişə bölgələrində məhrumiyyətlərə düçar olmuş uşaqların taleyi ilə daha sıx məşğul olmaq zərurətini iştirakçıların diqqətinə çatdırmışdır. Çıxış tədbir iştirakçılarının, o cümlədən Malayziya Baş nazirinin xanımı R.Mansorun böyük diqqətinə və alqışlarına səbəb olmuşdur.
Tədbir birinci xanımlar tərəfindən sammitin bəyannaməsinin qəbul edilməsi ilə başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında