Riçard STOUN: Azərbaycan bütün dinlərin nümayəndələrinə münasibətinə görə nadir bir ölkədir

Oktyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Keçmiş Sovet Yəhudiləri Milli Konfransının (NCSJ) sədri Riçard Stounun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Şeyxülislam bildirmişdir ki, Azərbaycanda üç əsas din - müsəlman, yəhudi və xristian dinləri mövcuddur. Ölkəmizdə bütün dinlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayırlar. Azərbaycanda olan yəhudi icmasına böyük diqqət və qayğı göstərilir.
Allahşükür Paşazadə Azərbaycanın tolerant ölkə kimi dünyada tanınmasında dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi qeyd etmiş, indi bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamışdır.
Şeyxülislam məlumat vermişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dinamik inkişaf edir, dünyanın bütün ölkələri ilə hərtərəfli əlaqələr qurur və bölgənin inkişafında mühüm rolu vardır. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapmaması bölgənin təhlükəsizliyinə və inkişafına əngəl yaradır. A.Paşazadə ümidvar olduğunu bildirmişdir ki, dünya ictimaiyyəti, siyasətçilər Azərbaycanın bu başlıca probleminin həllində daha fəal mövqe nümayiş etdirəcəklər.
Riçard Stoun rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək vurğulamışdır ki, biz keçmiş sovet məkanında yəhudilərin problemləri ilə maraqlanırıq. Azərbaycan yəhudilərə, eyni zamanda, bütün dinlərin nümayəndələrinə tolerant münasibətinə görə nadir bir ölkədir. Biz bunun üçün sizə minnətdarlığımızı bildiririk.
Sonda nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında