Almaniya Pensiya Sığortası İdarəsi və DSMF "Pensiyaların orta və uzunmüddətli maliyyələşməsi" mövzusunda birgə təqdimat keçirirlər

Oktyabrın 13-də Bakıda Almaniya Pensiya Sığortası İdarəsi (APSİ) və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "Pensiyaların orta və uzunmüddətli maliyyələşməsi" mövzusunda birgə təqdimatı başlamışdır.
İki gün davam edəcək tədbirdə Almaniya nümayəndə heyəti öz ölkələrinin təcrübəsini bölüşəcək və mövzu ətrafında geniş müzakirələr aparılacaqdır.
Təqdimatdan əvvəl APSİ nümayəndə heyəti ilə DSMF-nin sədri Səlim Müslümov arasında görüş olmuşdur.
Görüşdə Avropada ən nüfuzlu pensiya orqanlarından biri olan APSİ ilə DSMF arasında əməkdaşlığın gələcək istiqamətləri və digər məsələlər müzakirə edilmişdir. S.Müslümov vurğulamışdır ki, DSMF ilə APSİ arasında əməkdaşlıq uzun müddətdir davam edir və bu əməkdaşlıq çərçivəsində birgə tədbirlər təşkil olunmuş, iş təcrübəsinin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlər həyata keçirilmişdir. İki qurum arasında 2008-2009-cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutan sazişin icrası uğurla gerçəkləşdirilmişdir.
Almaniya nümayəndə heyətinin üzvləri artıq Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyini və fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyini vurğulamışlar. Qonaqlar APSİ-nin DSMF ilə əməkdaşlığa yüksək dəyər verdiyini və əlaqələrin daha da inkişaf etməsində maraqlı olduğunu bildirmişlər.
Oktyabrın 15-dək Azərbaycanda olacaq APSİ nümayəndə heyəti səfər çərçivəsində DSMF-nin bir sıra yerli şöbələrinə baş çəkərək, burada yaradılan şəraitlə tanış olacaqlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında