Azərbaycanda bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar

Oktyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Avstriyanın Azərbaycandakı səfiri xanım Silviya Mayer Kaybiç ilə görüşmüşdür.
Şeyxülislam ölkələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışmış, Azərbaycanın tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulamışdır.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Allahşükür Paşazadə demişdir ki, problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır. Bu, Azərbaycanın dəyişməz mövqeyidir.
Şeyxülislam ölkəmizdə din və dövlət münasibətləri barədə səfirə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar.
Səfir ətraflı məlumata görə minnətdarlıq etmiş, Azərbaycanda azsaylı xalqlara və dinlərə tolerant münasibəti yüksək qiymətləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında