Dmitri Medvedev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Əşrəf Qasımova Rusiyanın "Mujestvo" ordenini təqdim etmişdir

Oktyabrın 13-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Böyük Kreml sarayının Georgi zalında bu ilin yayında Rusiyada yanğınların söndürülməsində fərqlənmiş xilasedicilərə və yanğınsöndürənlərə Rusiyanın dövlət təltiflərini təqdim etmişdir.
Təltiflərə layiq görülənlər arasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin aviasiya birliyinin rəisi, polkovnik Əşrəf Qasımov da vardır. Prezident Dmitri Medvedev ona "Mujestvo" ordenini şəxsən təqdim etmişdir.
Məlum olduğu kimi, Rusiyada yanğınlar zamanı ona birinci olaraq öz köməyini təklif edən Azərbaycan olmuşdur. Azərbaycan FHN-in iki vertolyotu və 19 əməkdaşı Rusiyada yanğınların söndürülməsində iştirak etmişdir. Onlar ekstremal şəraitdə şücaət və qəhrəmanlıq nümayiş etdirmişlər.
Mərasimdə çıxış edən Prezident Dmitri Medvedev demişdir: "Bu ilin yayında baş vermiş meşə yanğınlarına qarşı mübarizə onun hər bir iştirakçısından şəxsi igidlik göstərməsini tələb edirdi. Yalnız bu insanların fədakarlığı və peşəkarlığı sayəsində minlərlə insanı xilas etmək, şəhərləri və kəndləri qoruyub saxlamaq mümkün olmuşdur".
Əşrəf Qasımov öz kollektivinin və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinin adından onların fəaliyyətinin bu qədər yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirmişdir. Ə.Qasımov təltifetmə mərasimindən sonra Azərbaycan KİV-lərinin nümayəndələrinə demişdir: "Azərbaycanda belə bir məsəl var: yaxın qonşu uzaq qohumdan yaxşıdır və biz ən yaxın qonşular kimi Rusiyaya kömək etməyə borclu idik. Biz tam əminik ki, əgər bizə kömək lazım olarsa, Rusiya tərəfi də bu addımı atacaqdır. Hesab edirəm ki, bu təltif təkcə mənə aid deyil, o, həm də Azərbaycan FHN-in fəaliyyətinə, ölkəmizə, xalqımıza verilən yüksək qiymətdir".
Təltifetmə mərasimində iştirak edən Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu Əşrəf Qasımovu Rusiyanın yüksək dövlət təltifinə layiq görülməsi münasibətilə təbrik etmişdir.
Ümumiyyətlə 46 nəfər, o cümlədən 15 ölkənin fövqəladə xidmətlərinin və xilasetmə bölmələrinin nümayəndələri təltif edilmişlər. "Mujestvo" ordeninə 36 nəfər layiq görülmüşdür.{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında