Mərkəzi Seçki Komissiyası qeydə alınmış deputatlığa namizədlərin irəli sürülməsi və siyasi partiya mənsubiyyəti barədə məlumat yaymışdır

Mərkəzi Seçki Komissiyası (MSK) dördüncü çağırış Milli Məclisə noyabrın 7-də keçiriləcək seçkilərdə qeydə alınmış deputatlığa namizədlərin irəli sürülməsi və siyasi partiya mənsubiyyəti barədə məlumat yaymışdır.
Namizədliyin irəli sürülməsi üzrə məlumatda deyilir ki, Yeni Azərbaycan Partiyası 111 nəfər, "AXCP-Müsavat" bloku 30, "İslahat" bloku 30, "Qarabağ seçki bloku" 28, Klassik Xalq Cəbhəsi Partiyası 28, Demokratik Azərbaycan Partiyası 20, Azərbaycan Milli İstiqlal Partiyası 19, "Demokratiya" bloku 13, "İNSAN NAMİNƏ" bloku 12, Ana Vətən Partiyası 7, Müasir Müsavat Partiyası 4, Azərbaycan Sosial Demokrat Partiyası 2, Azərbaycan Milli Demokrat Partiyası 1, Azərbaycan Tərəqqi Partiyası 1 nəfərin namizədliyini irəli sürmüşdür. Bununla yanaşı, seçicilərin təşəbbüs qrupları tərəfindən 7, vətəndaşların özləri tərəfindən 346 namizəd irəli sürülmüşdür.
Ümumi namizədlərin partiya mənsubiyyətinə gəldikdə isə 134 nəfər Yeni Azərbaycan Partiyasının, 23-ü Klassik Xalq Cəbhəsi, 22-si Müsavat, 17-si Azərbaycan Xalq Cəbhəsi, 18-i Demokratik Azərbaycan Dünyası, 17-si Milli İstiqlal, 11-i Bütöv Azərbaycan Xalq Cəbhəsi, 11-i Vətəndaş Həmrəyliyi, 10-u Azərbaycan Demokrat, 10-u Ümid, 9-u Böyük Quruluş, 8-i Ana Vətən, 6-sı Kommunist, 6-sı Vətəndaş və İnkişaf, 4-ü Aydınlar, 4-ü Müasir Müsavat, 3-ü Demokratik İslahatlar, 3-ü Sosial Rifah, 3-ü Ədalət, 3-ü Liberal, 2-si Sosial Demokrat, 2-si Xalq, 1-i Azadlıq, 1-i Azad Respublikaçılar, 1-i Demokratik Maarifçilik, 1-i Milli Demokrat, 1-i Milli Dövlətçilik, 1-i Təkamül, 1-i Tərəqqi, 1-i Böyük Azərbaycan, 1-i Milli Qurtuluş, 1-i Vəhdət, 1-i Vətəndaş Birliyi partiyalarının üzvləridirlər.
Qalan namizədlərdən 26 nəfəri partiya mənsubiyyətini göstərməmişdir. Bitərəf namizədlərin sayı isə 296 nəfərdir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında