Azərbaycanda növbəti parlament seçkilərinin demokratik, ədalətli keçirilməsi üçün mükəmməl hüquqi baza vardır

Azərbaycanda növbəti parlament seçkilərinin demokratik, ədalətli keçirilməsi üçün mükəmməl hüquqi baza vardır.
Bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov oktyabrın 13-də keçirdiyi mətbuat konfransında demişdir.
Ə.Əhmədov bildirmişdir ki, Azərbaycanın Seçki Məcəlləsi ölkəmizdə demokratik, ədalətli, bərabər yarışa əsaslanan seçkilərin keçirilməsinin hüquqi bazasını təmin edir. Azərbaycan hökuməti də özünün seçdiyi demokratik inkişaf yoluna uyğun olaraq, ölkəmizdə bütün seçki kampaniyalarının, o cümlədən parlament seçkiləri kampaniyasının demokratik normalara və dəyərlərə uyğun keçirilməsi üçün zəruri mühiti formalaşdırmışdır.
Bunun ən vacib göstəricilərindən biri Azərbaycanda mövcud olan çoxsaylı partiyaların parlament seçkilərində iştirak etmək istəyi və bu istəyə uyğun olaraq, seçki kampaniyasına qatılmalarıdır. Azərbaycanda bütün siyasi təşkilatlar seçki kampaniyasına qoşulmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında