RAGT "QİÇS-ə və narkomaniyaya qarşı əlbir olaq" layihəsini həyata keçirməyə başlayır

Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) "QİÇS-ə və narkomaniyaya qarşı əlbir olaq" adlı yeni layihəni həyata keçirməyə başlayır. İki aya yaxın davam edəcək bu aksiya dekabrın 1-də Ümumdünya QİÇS-ə qarşı mübarizə gününə həsr edilmiş tədbirlə başa çatacaqdır.
RAGT-dan verilən məlumata görə, layihəyə Moskvada RAGT, YUNEYDS və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən birgə təşkil edilmiş İÇV/QİÇS-ə qarşı mübarizə problemlərinə həsr olunmuş konfransda start verilmişdir.
Layihənin məqsədi əhalini İÇV/QİÇS və narkomaniya barədə vaxtında və anlaşıqlı şəkildə məlumatlandırmaq, uşaqlarda və gənclərdə narkotiklərə ikrah hissi formalaşdırmaq, gənclər və məktəblilər arasında sağlam həyat tərzini təbliğ etməkdir. Layihə çərçivəsində bu xəstəlik, onun yoluxma yolları və profilaktika metodları, narkotiklərdən istifadə etməyin zərəri haqqında maksimum informasiya təqdim edilməsi nəzərdə tutulur. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı İÇV/QİÇS-ə qarşı mübarizədə təbabətin imkanları və psixoloji yardım barədə söhbət açmağı, müxtəlif treninqlər, narkomaniyaya qarşı mübarizəyə çağıran təşviqat plakatları müsabiqəsi keçirməyi, xüsusi videoçarxlar nümayiş etdirməyi, üzərində RAGT-nin, YUNEYDS-in emblemləri olan informasiya bukletləri, maykalar, qələmlər və təqvimlər paylamağı planlaşdırır.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında