Dünya kitabxanalarında "Azərbaycan kitabı" fondları zənginləşir

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti cari ilin 10-15 avqust tarixlərində İsveç Krallığının Höteborq şəhərində təşkil olunan "İFLA-2010" Beynəlxalq kitabxana konfransı çərçivəsində Höteborq şəhər kitabxanası ilə tanış olmuş, kitabxanada Azərbaycan bölməsinin kitab fondunun zənginləşdirilməsi barədə razılıq əldə edilmişdir.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, habelə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanmış və Höteborq şəhər kitabxanasına göndərilmişdir.
"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq Höteborq şəhər kitabxanasında "Azərbaycan guşəsi"nin yaradılması nəzərdə tutulmuşdur.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tacikistan Respublikasının Milli Kitabxanasının yeni binasının açılışı ilə əlaqədar Azərbaycan haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanmış və həmin kitabxanaya göndərilmişdir.
Kitab kolleksiyasına Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə nəşr olunan kitablar daxil edilmişdir.
Elektron nəşrlər kolleksiyasına isə Azərbaycan mədəniyyətinə dair, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən DVD-lər də daxil edilmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında