Qeyri-maddi mədəni irs təhsili beynəlxalq miqyasda müzakirə olunmuşdur

TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi tərəfindən bu ilin sentyabrında Antalya şəhərində təşkil olunmuş "Qeyri-maddi mədəni irs təhsili" mövzusunda YUNESKO-nun ekspert görüşündə Azərbaycan Respublikasını Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli təmsil etmişdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.
Albaniya, Azərbaycan, Bolqarıstan, Çin, Fransa, Keniya, Koreya Respublikası, Qabon, Meksika, Mərakeş, Tunis, Türkiyə, həmçinin YUNESKO və TÜRKSOY nümayəndələrinin qatıldığı tədbirdə qeyri-maddi mədəni irs sahəsində formal və qeyri-formal təhsilin əhəmiyyəti, müxtəlif aspektləri, həmçinin qeyri-maddi mədəni irs sahəsində uşaq bağçalarından başlayaraq ali təhsil ocaqlarına qədər təhsil metodikalarının təkmilləşdirilməsi, milli qanunvericiliklərin inkişaf etdirilməsi, yerli mədəniyyət siyasətçilərinin, qeyri-hökumət təşkilatlarının, ictimai mərkəzlər və kütləvi informasiya vasitələrinin rolu müzakirə edilmişdir.
Y.Hüseynli "Qeyri-maddi mədəni irs sahəsində təhsilin mənası" adlı təqdimatında göstərilən təhsilin praktiki tələbatlara adekvat cavab verə biləcək mütəxəssislərin yetişdirilməsinə xidmət etməli olmasına diqqət yönəltmişdir. Bundan başqa, sahəyə aid müxtəlif mütəxəssislərin (mədəniyyətşünasların, folklorşünasların, folklor-musiqişünasların və s.) olmasına baxmayaraq, məhz "qeyri-maddi mədəni irs mütəxəssisi" hazırlayan təhsilin hələlik formalaşmadığı qeyd olunmuşdur.
Xalqların və ümumilikdə bəşəriyyətin təşəkkül tapmasında bu sahənin vacibliyini nəzərə alaraq, bildirilmişdir ki, "qeyri-maddi mədəni irs" ayrıca bir ixtisas kimi qərarlaşdırılmalı, buraxılan məzun isə qeyri-maddi mədəni irsin mədəniyyət fəzasındakı yeri, diyarşünaslıq, folklor və sənətkarlıq kimi əsas istiqamətləri ilə yanaşı, sahə üzrə mədəniyyət siyasətinin qanunvericilik, inzibatçılıq, maliyyələşdirmə, elm-informasiya təminatı, kadr, maddi-texniki və beynəlxalq təminatlarının, qeyri-maddi mədəni irsin alətləri və infrastrukturunun incəliklərinə də bələd olmalıdır.
Böyük maraqla qarşılanan təqdimat Azərbaycanda qeyri-maddi mədəni irs sahəsində həyata keçirilən mədəni-siyasi islahatların düzgün istiqamətdə aparıldığını nümayiş etdirmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında