Bakı İslam Universitetinin rektorunun yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Oktyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu dini qurumun sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənlinin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Sabir Həsənlinin fəaliyyətini yüksək qiymətləndirmiş, yubiley münasibətilə onu təbrik etmişdir. Vurğulamışdır ki, Azərbaycanda dini təhsilin inkişafındakı xidmətlərinə görə Sabir Həsənli Prezident İlham Əliyevin 2005-ci il 30 dekabr tarixli sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. QMİ-nin xarici ölkələrlə əlaqəsinin yüksək səviyyəyə çatmasında Hacı Sabir Həsənlinin əməyi böyükdür.
Akademik Vasim Məmmədəliyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev, QMİ sədrinin müavini Qəmərxanım Cavadlı və başqaları Sabir Həsənlinin ömür yolundan, Azərbaycanda dini təhsilin inkişafındakı xidmətlərindən danışmış, yubilyara təbriklərini çatdırmışlar. Sabir Həsənlinin Azərbaycanda ilk dəfə olaraq ilahiyyat elmləri üzrə alimlik dərəcəsi alması xüsusi vurğulanmışdır.
Sonda Sabir Həsənli çıxış edərək fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirmiş, bundan sonra da əzmlə çalışacağını demişdir.
Tədbirdə yubilyara hədiyyələr təqdim olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında