ATƏT-in qiymətləndirici missiyasının Azərbaycanın işğal olunmuş bölgələrində araşdırmalar aparması kifayət qədər əhəmiyyətli aksiyadır

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, ATƏT-in qiymətləndirici missiyasının Azərbaycanın işğal olunmuş bölgələrində araşdırmalar aparması kifayət qədər əhəmiyyətli aksiyadır.
Azərbaycan torpaqlarının işğal altında olmasının artıq nə dünya ictimaiyyəti, nə də beynəlxalq təşkilatlar üçün sirr olmadığını deyən Əli Əhmədov qeyd etmişdir ki, dünya birliyi ölkəmizin işğal altında olan torpaqlarının azad edilməsinin mütləq zərurətə çevrildiyini açıq şəkildə vurğulayır.
YAP sədrinin müavini bildirmişdir ki, Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan tərəfindən məskunlaşdırılması, orada kənar insanların yerləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur. Bu barədə Azərbaycan dəfələrlə müvafiq beynəlxalq qurumlara və instansiyalara, o cümlədən də ATƏT-in Minsk qrupuna müraciətlər etmişdir.
Əli Əhmədov demişdir: "Güman edirəm ki, obyektiv olaraq həyata keçirilən qiymətləndirici missiya bütövlükdə münaqişənin ədalətli şəkildə həlli üçün zəruri olan bir sıra əhəmiyyətli faktları ortaya qoya biləcəkdir. Bu faktlar bir tərəfdən Ermənistanın öz işğalçılıq siyasətini ən xoşagəlməyən formalarda həyata keçirdiyindən xəbər verəcəkdir. İkinci tərəfdən, ATƏT-in Minsk qrupunun ədalətli qərar qəbul etməsi üçün çox əhəmiyyətli faktoloji baza yarada biləcəkdir. Hesab edirəm ki, ədalətli şəkildə həyata keçirilən bu missiya bütövlükdə Minsk qrupunun nizamasalma prosesinə əhəmiyyətli kömək edəcəkdir. Eyni zamanda, bu missiya Ermənistan tərəfinin bəhanələrinə, müxtəlif təxribatlarına arqumentli şəkildə cavab verəcəkdir".
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında