Dövlət başçımızın qətiyyəti bizim yurda qayıtmaq ümidimizi artırır

Biz - qaçqın və köçkünlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istənilən xarici səfərini böyük maraqla gözləyir və diqqətlə izləyirik. Çünki həmin səfərlərin hamısında dövlət başçımız Dağlıq Qarabağın və işğal edilmiş digər rayonların işğaldan azad edilməsi üçün cəsarət və qətiyyətlə danışıqlar aparır.
Dövlət başçımızdan gördüyümüz qətiyyət və prinsipiallıq isə bizim yurda qayıtmaq ümidimizi və şansımızı qat-qat artırır. Bu baxımdan cənab Prezidentin son zamanlar reallaşdırdığı Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları və Özbəkistan səfərləri bizim üçün daha dəyərli oldu. Xüsusən, dövlət başçımızın Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 65-ci sessiyasındakı çıxışı bizim üçün - öz ata-baba yurdlarından didərgin düşmüş insanlar üçün sanki dərman kimi təsirə malik idi.
Qeyd edilən iclasda dövlət başçımız dünyanın siyasi liderlərinin və hökumət rəhbərlərinin gözü qarşısında bir faktı öz çılpaqlığı ilə hamının üzünə vurdu. O, qətiyyətlə dedi ki, Ermənistan rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vicdanla çalışmırlar. Sitatı olduğu kimi vermək istəyirəm: "Bu günə qədər münaqişənin mümkün qədər tez və davamlı həlli variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir ki, bu da öz növbəsində gözlənilməz nəticələrə gətirə bilər". Mənim əsgər yaşım, döyüşə biləcək yaşım çoxdan ötsə də Prezidentin "gözlənilməz nəticələr" dediyi məqamı - yəni torpaqların hərb yolu ilə azad edilməsi variantını göz önünə gətirdim və özümü əsgər kimi hiss etdim. Mən Laçının azad edilməsi üçün istənilən an əsgərəm.
Yeri gəlmişkən, mən dövlət başçımızın qeyd etdiyim iclasdakı çıxışını televiziya vasitəsiylə izləyərkən Laçın həsrətiylə tapdığım əsəb və ürək xəstəliklərimi Naftalan şəhərində - "Sehirli Naftalan" sağlamlıq müəssisəsində müalicə etdirirdim. Burada yaradılmış şəraiti və təbii imkanları görəndə Kəlbəcərin İstisuyu gözümə görünürdü. Biz nələri itirməmişik? Murovdağdan və Camışdağdan əsən külək məni xəyalən Turşsuya, Sarıbabaya, İşıqlıya, Qırxqıza, Dəlidağa aparırdı. Türkiyədən, İrandan, Qazaxıstandan müalicə tapmaq üçün bura gələn insanlara Kəlbəcərin İstisuyu, Şuşanın Turşsuyu barədə məlumat verdikcə gah vəziyyətim yüngülləşir, gah da ağırlaşırdı. Latviyadan, Estoniyadan və başqa ölkələrdən gələn insanlara Dağlıq Qarabağ münaqişəsi, bədxah qonşularımızın törətdiyi cinayətlər barədə çoxlu faktlar danışırdım. Onlar mənə təsəlli verirdilər ki, sizin dövlət başçınız çox qətiyyətli adamdır.
Bu yazını qələmə alanda əsas məqsədim o idi ki, "Sehirli Naftalan"da nə qədər yaxşı müalicə olunsam da - orada mənə qayğı göstərən, ürəkdən müalicə edən Qalib İsgəndərov, Ehtiram Əhmədov, Nəzakət Məhərrəmova, Alil Muradov və başqa soydaşlarıpmız inciməsinlər - dövlət başçımızın BMT-dəki sessiyada göstərdiyi qətiyyət məni daha çox yüngülləşdirdi. Üstəlik, Prezidentin pensiya, müavinət, əmək haqları və qaçqın-köçkünə göstərilən dövlət qayğısının artırılması barədə sərəncamlarını da orada eşitdim. Yurdsuz-yuvasız, Laçınsız çoxsaylı xəstəliklər tapsam da dövlətin qayğısını, dövlət başçımızın qətiyyətini görəndə sabaha olan inam və ümidim qat-qat artır. Uzun illər müəllim işləmiş bir insan kimi bu hissləri, bu sətirləri qələmə almaq mənim vətəndaşlıq borcum idi. Ən böyük borcu isə Laçına qayıdarkən edəcəyik. O borc Laçının yenidən dirçəldilməsindən, inkişaf etdirilməsindən ibarətdir.

{nl}

Əlqəmə ƏHMƏDOV, Laçın rayonu

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında