Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilmişdir

Oktyabrın 12-də Bakıda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilmişdir.
Görüşdə tərəflər bu ölkələrin müxtəlif dövlət orqanlarının Xəzərin təhlükəsizliyi sahəsində əməkdaşlığı məsələlərini müzakirə etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirmişdir ki, Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin layihəsi ekspertlər səviyyəsində artıq ikinci ildir müzakirə olunur. Bu sənəd Xəzərdə təhlükəsizliyə dair əməkdaşlığın mexanizmini yaratmaq məqsədi daşıyır. Sənədin qəbulu Xəzərdə hüquqi rejimin təkmilləşdirilməsinə gətirib çıxaracaqdır. Nazir müavini məlumat vermişdir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti noyabrın 18-də Bakıda keçiriləcəkdir. Sammitdən əvvəl isə Tehranda xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüş təşkil olunacaqdır.
İranın xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mohamməd Mehdi Axundzadə Xəzərin təhlükəsizliyinin təmin edilməsinin çox zəruri məsələ olduğunu demişdir. Xəzər regionu ölkələri arasında yaxın qonşuluq, dostluq əsasında qurulmuş möhkəm əməkdaşlığın vacibliyi vurğulanmışdır.
Qazaxıstan xarici işlər nazirliyinin beynəlxalq hüquq bölməsinin rəhbəri Zülfiyə Amanjolova saziş layihəsinin razılaşdırılacağına ümidvar olduğunu bildirmişdir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ötən görüşdən bəri bir çox məsələlər üzrə irəliləyişə nail olunduğunu demişdir.
Türkmənistan xarici işlər nazirinin müavini Toyli Komekov ölkəsinin Xəzərin təhlükəsizlik məsələlərinə dair mövqeyini açıqlamışdır.
Xatırladaq ki, Xəzərin təhlükəsizlik məsələlərinə dair bu formatda görüş ilk dəfə ötən il oktyabrın 23-24-də Bakıda keçirilmişdir. O vaxtdan eyni formatda bir neçə iclas olmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında