Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri mətbuat konfransı keçirmişlər

Oktyabrın 12-də Bakıda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin layihəsinin razılaşdırılmasına həsr olunmuş görüşün nəticələri ilə bağlı mətbuat konfransı keçirmişlər.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov müzakirələrin nəticələrini müsbət qiymətləndirmişdir. X.Xələfov layihə ilə bağlı əksər məsələlərdə mühüm irəliləyişlər əldə olunduğunu, yalnız bir neçə məsələnin yenidən müzakirəsinə ehtiyac qaldığını vurğulamışdır. Yaxın zamanlarda həmin məsələlərin də öz həllini tapacağına ümid etdiyini deyən nazir müavini vurğulamışdır ki, bugünkü görüş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi işinə öz töhfəsini verəcəkdir. Qeyd edilmişdir ki, xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüş Tehranda keçiriləcəkdir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, İranın xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mohamməd Mehdi Axundzadə, Qazaxıstan Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq bölməsinin rəhbəri Zülfiyə Amanjolova görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etmişlər.
Qonaqlar görüşün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, nəticələrdən razı qaldıqlarını bildirmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında