DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Təqdirəlayiq haldır ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayında hər ay dəyişiklik nəzərə çarpır. Belə ki, bu ilin 9 ayı ərzində fondun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17,4 faiz artmışdır.
2010-cu il oktyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 1401 nəfər əcnəbi vətəndaş qeydiyyata alınmışdır. Beləliklə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 9430 nəfərə çatmışdır. DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ümumilikdə ölkəmizdə yaşayıb işləyən 91 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Onların sayı 5318 nəfərdir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı isə 1334 nəfərə çatmışdır. Rusiya Federasiyasının vətəndaşlarının sayı bu sırada üçüncü yerdə olmaqla hazırda 598 nəfər təşkil edir. Sonrakı yerlərdə ardıcıl olaraq İran İslam Respublikası (306), Hindistan (248), Çin Xalq Respublikası (141), Bosniya və Hersoqovina (125), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (90), Ukrayna (86), Filippin (84), Pakistan İslam Respublikası (81), Malayziya (80), Qazaxıstan (73), Özbəkistan (71), Almaniya (61), Türkmənistan (55), İtaliya (50), ABŞ (49) və digər ölkələr gəlir.
Məlumat üçün bildirək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında