Timur ARSLANOV: Bakı xoşuma gəldi

Rusiyalı rapiraçı 24 yaşlı Timur Arslanov Bakıda Avropa Oyunlarında qazandığı gümüş medalı öz karyerasında ən əhəmiyyətli mükafat hesab edir. O “qızıl” uğrunda həlledici görüşdə italiyalı Alessio Fokoniyə uduzub.

R-sport agentliyinin bu barədə yaydığı xəbərdə bildirilir ki, final görüşündən sonra Arslanov jurnalistlərə belə deyib: – Bir az təssüflənirəm ki, birinci yeri tuta bilmədim, amma emosiyalarım, əlbəttə ki, müsbətdir. Çox yaxşı yarışdır. Bakıda hər şey xoşuma gəldi. Təəssüf ki, son görüşdə əhvalımı korladım. Bundan sonra qalib gəlməyə çalışacağam.

Şübhəsiz, bu medal karyeramda ən əhəmiyyətli mükafatdır. Əvvələr yeniyetmə və gənclərin Avropa, yeniyetmələrin dünya birinciliklərində medallarım olmuşdur. Amma, hər halda, indiki çıxışımdan tam razı deyiləm.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında