İçərişəhərdə YUNESKO-nun dəstəyi ilə beynəlxalq seminar keçiriləcəkdir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi YUNESKO-nun təşkilati dəstəyi ilə oktyabrın 17 -dən 21-dək Bakıda "İçərişəhər irsinin konservasiyası və inkişafında "Tarixi şəhər landşaftı" yanaşmasının tətbiqi" mövzusunda beynəlxalq seminar keçirəcəkdir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, seminarın əsas məqsədi YUNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil edilmiş tarixi şəhərlərin bir çoxunda konservasiya ilə inkişafın uyğunlaşdırılmasında yaranan problemləri aradan qaldırmaq məqsədi ilə ekspertlər arasında "Tarixi şəhər landşaftı" konsepsiyasının hazırlanması və bu yanaşmanın İçərişəhərə tətbiq edilməsi üçün müzakirələrin keçirilməsidir.
YUNESKO-nun Dünya İrsi Mərkəzinin əməkdaşları və müvafiq sahələr üzrə ixtisaslaşan ABŞ, Finlandiya, Niderland, İtaliya, İspaniya, Böyük Britaniya, Fransa, Polşa, Avstriya, Avstraliya və s. ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər seminarda iştirak etmək üçün Bakıya səfər edəcəklər.
Seminarda İçərişəhərin konservasiyası üzrə Baş (Master) Planın müəlliflərinin, həmçinin bir neçə yerli memarın da iştirakı gözlənilir.
Tədbirin nəticəsi olaraq İçərişəhərdə konservasiya və inkişaf layihələrinin uyğunluğu üzrə YUNESKO tərəfindən müvafiq hesabat dərc olunacaq, habelə şəhərin inkişaf strategiyası hazırlanacaqdır.
Beynəlxalq seminar İçərişəhərin qorunması, təbliği və inkişafına yönəlmiş tədbirlər sırasına daxildir. Bu ilin ötən dövründə İçərişəhərdə yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə xarici ekspertlərin iştirakı ilə üç seminar təşkil olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında