Tanınmış alim Toğrul Şahtaxtinski son mənzilə yola salınmışdır

Oktyabrın 11-də tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Kimya Problemləri İnstitutunun direktoru Toğrul Şahtaxtinski ilə vida mərasimi keçirilmişdir.
Vida mərasimində dövlət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Uzun illər ölkəmizdə neft kimyası və kimya texnologiyası sahəsində fundamental araşdırmalar aparmış Toğrul Şahtaxtinski 600-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Toğrul Şahtaxtinski səmərəli elmi yaradıcılıqla yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük qüvvə sərf etmişdir. Onun rəhbərliyi altında 60-dan artıq elmlər namizədi və elmlər doktoru yetişdirilmişdir. Alim mötəbər beynəlxalq forumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Toğrul Şahtaxtinskinin elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Görkəmli kimyaçı alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Toğrul Nemət oğlu Şahtaxtinskinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Mərhum 2-ci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında