Havana şəhərində İKT üzrə Kuba-Azərbaycan forumu keçirilmişdir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildirmişlər ki, nazir Əli Abbasovun rəhbərliyi ilə informasiya - kommunikasiya texnologiyalarının (İKT) təmsilçilərindən ibarət nümayəndə heyəti Kubada rəsmi səfərdə olmuşdur.
Oktyabrın 8-də Kubanın Havana şəhərində İKT üzrə Kuba-Azərbaycan forumu keçirilmişdir. Tədbirdə İKT üzrə qarşılıqlı əlaqələr müzakirə olunmuş, həmçinin Kubanın aparıcı İnformasiya Elmləri Universitetində iki ölkə arasında elmi nailiyyətlərin mübadiləsinə dair razılıq əldə olunmuşdur.
Bundan başqa, Kuba Baş nazirinin müavini, rabitə və informasiya naziri Ramiro Valdes Menendes ilə görüş keçirilmiş və İKT sahəsində hökumətlərarası saziş imzalanmışdır. Bununla əlaqədar hər iki tərəfdən işçi qrupu yaradılmış və həmin gün - oktyabrın 8-də işçi qrupun ilk iclası keçirilmişdir.
Oktyabrın 9-da Kubanın Poçt Administrasiyasında keçirilmiş görüşdə Azərbaycanın poçt sektorunda əldə edilən nailiyyətlər barədə məlumat verilmişdir. Elə həmin gün Kubanın vitse-prezidenti Rikardo Kabrisas Ruiz Azərbaycanın rəsmi nümayəndə heyətini qəbul etmişdir. R.K.Ruiz Azərbaycan tərəfdən Kubanın İKT sektoruna investisiya qoyuluşunu, ölkəmizin kompyuterlərinin Kubada istehsalı və Cənubi Amerika bazarında satışını, bu ölkədə internet xidmətlərinin genişləndirilməsi məsələlərini təşviq etmişdir. İmzalanmış sazişin əhəmiyyətini vurğulayan vitse-prezident bunun icrası üçün müvafiq strukturlara tapşırıqlar vermişdir.
Görüşdə ölkəmizin Kubadakı səfiri Aqşin Mehdiyev iştirak etmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında