2010- Ekologiya ili

Yaşıllığı qorumaq hər kəsin borcudur
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı nitqində ekoloji tədbirlərin görülməsinin prioritet xarakter daşıdığını vurğulamış və 2010-cu ili "Ekologiya ili" elan etmişdir. Dövlət başçısı "Ekologiya ili"nin yüksək səviyyədə keçirilməsi üçün əlaqədar qurumlar qarşısında təxirəsalınmaz, çox ciddi vəzifələr qoymuşdur.
Bu gün ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, çirklənmənin qarşısının alınması istiqamətində çoxsaylı tədbirlər reallaşdırılır. Bu məqsədlə ölkədə yeni müasir tələblərə cavab verən zibil və tullantıların emalı zavodunun tikilməsi ekoloji təmizlik və sağlamlığın qorunmasına xidmət edir.
Son illərdə paytaxtda, rayonlarda park və xiyabanların salınması, abadlaşdırılması, şəhərdaxili və magistral yolların görkəminin dəyişdirilməsi, beynəlxalq tələblərə cavab verən şəkildə qurulması respublikamıza istirahətə gələn xarici qonaqların da gözündən yayınmır. Bu, Azərbaycana şərəf gətirən hal kimi yüksək qiymətləndirilir, insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ulu öndər Heydər Əliyevin arzularını gerçəkləşdirmək məqsədilə "hərəmiz bir ağac əkək" çağrışı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
... Ulu tanrı yer üzünün əşrəfi olan insanların həyatı və yaşayışını təmin etmək üçün bu dünyaya həm də yaşıllıq bəxş etmişdir. Yaşıllıq canlı aləmin yaşayışına müsbət təsir göstərir, inkişafına kömək edir.
Bizə elmdən məlumdur ki, yaşıllıq, bitki örtüyü karbon qazını udur, oksigeni buraxır. Canlılar isə oksigenlə nəfəs alır. Oksigenin çatışmaması və ya olmaması ölümlə nəticələnir. Bu da göstərir ki, təbiətdəki bitki örtüyü, yaşıllıq canlı aləmin yaşaması üçün xəzinədir, əsasdır. Bitki örtüyünün özü də canlıdır, həm də özü-özünün inkişafı üçün bir mənbədir. Buna görə də hər bir insanın borcudur ki, ətraf mühiti qorusun, çirkləndirməsin.
Respublikamızda yaşıllaşdırma ilə bağlı xeyli iş görülür. Ağacəkmə kampaniyaları keçirilir, yaşıllıqlar bərpa edilir, yeni yaşıllıqlar salınır. Lakin bu, müvəqqəti xarakter daşımamalı, televiziya ekranlarından seyr edilmək xatirinə olmamalıdır.
Hər bir tingin yeri düzgün seçilməli, tələb olunan aqrotexniki qaydalara əməl edilməklə əkilməli və qulluq göstərilməlidir. Buna əməl olunmadıqda, zəhmət hədər gedir, həm dövlət vəsaiti, həm çəkilən əziyyət batır, başqa sözlə, əkilmiş ağaclar quruyub sıradan çıxır.
Bu gün planetdə baş verən ekoloji böhranı (su, sel basmalar, torpaq sürüşmələri, istiləşmə və b.) qabaqcadan görən dahi şəxsiyyət Heydər Əliyev dəfələrlə demişdir ki, yaşıllığı qorumaqla bərabər, hər kəs heç olmasa bir ağac əkməlidir.
Respublikamızın meşəətrafı ərazilərində və meşəliklərində, su hövzələrində, sərin bulaqların kənarında yaradılmış gözoxşayan istirahət, müalicə ocaqlarına hər il yay aylarında çoxlu sayda insan dincəlməyə gedir, təbiətin bu gözəl mənzərələrindən zövq alır. Ona görə də yaşıllığı qorumaq, artırmaq hər birimizin vətəndaşlıq borcuna çevrilməlidir.

{nl}

Gülağa MİRHƏSƏNOĞLU


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında